AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İnkişaf Marafonu 2” layihəsi həyata keçiriləcək

“İnkişaf Marafonu 2” layihəsi həyata keçiriləcək

Gənclik qəzeti
25 May 2021, 17:53 2077
 
IB Club İnkişaf Mərkəzi və Bacarıstan İnkişaf Akademiyası təşkilatçılığı ilə 29-30 may tarixlərində müxtəlif sahələrdə peşəkarlaşmış mütəxəssislərin iştirakı ilə "İnkişaf Marafonu 2” layihəsi həyata keçiriləcək. Spikerlər arasında İmran Bağırov, Gülər Fətəli, Toğrul Ələkbər, Şəmsi Bayramzadə, Jalə Ələkbərova, Nigar İbrahimova, Azər Əliyev kimi peşəkarlar yer alır.

Kaspi.az-ın məlumatına görə, "İnkişaf Marafonu 2” layihəsinin əsas məqsədi gəncləri 21-ci əsrin tələbləri, sahələri ilə daha da yaxından tanış edərək, onları müxtəlif sahələr barədə məlumatlandıraraq maarifləndirməkdir. Layihə zamanı data, marketinq, sahibkarlıq, biznes, innovasiya, təşəbbüskarlıq kimi mövzulara toxunulacaq və gənclərin gələcək karyeralarında daha da uğurlu olub, öz potensiallarını kəşf etmələri üçün imkan yaradılacaq.

Qeyd edək ki, "İnkişaf Marafonu 1” layihəsi 25-26 may 2020-ci il tarixlərində həyata keçirilib, 1000-dən çox gənci əhatə edib.