• çərşənbə, 24 Aprel, 00:10
  • Baku Bakı 14°C

XİN: "Fransa üçtərəfli görüşün nəticələrini alqışlayır"

24.05.22 22:30 743
XİN: "Fransa üçtərəfli görüşün nəticələrini alqışlayır"

Fransa mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşün nəticələrini alqışlayır.

Kaspi.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bundan əlavə, Fransa tərəfi Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyərək, bu dialoqa öz töhfəsini verəcəyini bəyan edib.

banner

Oxşar Xəbərlər