Xarici donorların sevimlisi olan Azərbaycan QHT-ləri
Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının yerli donorlarla yanaşı, xarici donorları da var. Son illər yerli donorların imkanları genişləndikcə, əcnəbilərin fəaliyyəti bir qədər arxa plana keçir. Buna baxmayaraq, hələ də Azərbaycan QHT-lərinə böyük miqdarda qrantlar ayıran xarici donor təşkilatları qalmaqdadır. Diqqət yetirsək, bu təşkilatların əksəriyyəti ABŞ tərəfindən maliyyələşdirilir. Başqa sözlə desək, Azərbaycandakı QHT-lərə qrant ayıran donor təşkilatlar daha çox ABŞ-ın maraqlarının təmsilçisidirlər. Buna misal olaraq Milli Demokratiya İnstitutunun, Marşal Fondunu, Beynəlxalq İnkişaf Agentliyini, Demokratiyaya Dəstək Fondunu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunu və s. göstərmək olar. Bu təşkilatların fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparanda məlum olur ki, onlar daha çox müxalif fikirli QHT-lərə qrant ayırırlar. Onların ayırdığı pulların böyük əksəriyyəti radikal müxalifət partiyalarının peyk təşkilatı funksiyasını yerinə yetirən QHT-lərə çatır. Bunun üçün Ədliyyə Nazirliyi tərəfindən son 3 ildə qeydə alınmış qrant layihələri ilə bağlı məlumatlarla tanış olmaq kifayətdir.
Bu məlumatlara diqqət yetirəndə aydın olur ki, xarici donor təşkilatlarının, xüsusilə də ABŞ fondlarının ayırdığı qrantların mütləq əksəriyyəti çox dar çərçivədə olan bir neçə QHT arasında bölünür. «Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutu» İctimai Birliyinin (RATİ) misalında bunu əyani şəkildə görmək mümkündür. Ötən 3 il ərzində bu təşkilat ABŞ donorlarının «sevimlisinə» çevrilib. RATİ həm Alman Marşal Fondu, həm Demokratiyaya Milli Dəstək Fondu, həm Beynəlxalq İfadə Azadlığı Təşkilatı, həm Beynəlxalq Media Müdafiə Təşkilatı, həm «Her Majesty the Queen in Right of Canada» Təşkilatı tərəfindən dəfələrlə mükafatlandırılıb. Məsələn, ABŞ Alman Marşal Fondu təşkilatın bir, Demokratiyaya Milli Dəstək Fondu beş, Beynəlxalq İfadə Azadlığı Təşkilatı iki, Beynəlxalq Media Müdafiə Təşkilatı yeddi, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası beş layihəsini maliyyələşdirib. Bu təşkilata ümumilikdə altı xarici donor tərəfindən 21 layihə üzrə vəsait ayrılıb. RATİ-nin 3 il ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş layihələrinə ümumilikdə 1 milyon 41 min manat vəsait yönəldilib. Təşkilatın rəhbəri Emin Hüseynli mütəmadi olaraq beynəlxalq təşkilatlara ölkəmizdə demokratiyanın, insan haqlarının pozulması, iqtidarın müxalifət partiyalarını sıxışdırması, son 15 ildə keçirilən seçkilərin qeyri-legitim olması barədə böhtan xarakterli hesabatlar göndərir. RATİ-nin ofisi isə radikal müxalifət partiyalarının dayaq məntəqəsinə çevrilib. Burada mütəmadi olaraq müxtəlif ruhlu təşkilatların, şəxslərin mətbuat konfransları təşkil edilir. RATİ-nin daim yenilənən saytı da Azərbaycanda baş verən siyasi proseslər haqqında təşkilatın mənafelərinə uyğun olan xəbərlər yaymaqla məşğul olur.
Xarici donorların Azərbaycandakı sevimli təşkilatlarından biri də Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzidir. Son illərdə bu təşkilatın müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün nə az, nə çox 1 milyon 179 min manat qrant ayrılıb. Qrantlar əsasən ABŞ-ın German Marşal Fondu, «The Revenue Watch Institute», Şərq-Qərb İdarəçilik İnstitutu, «Counterpart İnternational” təşkilatı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GTZ), Lixtenşteyn Kinyazlığının Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Avstriyanın Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, «OXFAM» humanitar təşkilatı, «British Council»? “Sibley International” təşkilatı, Avropa Komissiyası və ATƏT-in Bakı ofisi kimi donorlar tərəfindən ayrılıb.
İctimai Palatanın üzvü kimi siyasi mənsubiyyət daşıyıcısı olan Qubad İbadoğlu da daim sosial-iqtisadi durumunun acınacaqlı olması barədə danışıb. Onun əsas mövzuları Azərbaycanda iqtisadiyyatın monopoliyada olması, neft gəlirlərinin xərclənməsindəki yanlışlıqlar, guya hakimiyyətin yanlış siyasəti nəticəsində ölkə vətəndaşlarının günü-gündən borclanması, iqtisadiyyatın neft gəlirlərinin asılılığıdır.
İqtisadi sahədə ixtisaslaşmış və xarici donorların «sevimlisi» olan QHT-lərdən biri də «Azad İqtisadiyyata Yardım» İctimai Birliyidir. Bu təşkilata 396 min manat qrant ayrılıb. Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin rəhbəri də siyasiləşmiş şəxsdir. Belə ki, Zöhrab İsmayıl uzun müddət «Azadlıq» qəzetində çalışıb, AXCP-nin üzvü olub, Əli Kərimlinin müşaviri kimi maaş alıb, hazırda isə Respublikaçı Alternativ İctimai Birliyinin (REAL) İdarə Heyətinin üzvüdür. Onun pul ayıranları da tanış təşkilatlardır. ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), German Marşal Fondu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, «OXFAM» humanitar təşkilatı və Böyük Britaniyanın Azərbaycandakı səfirliyidir.
Zöhrab İsmayıl da Azərbaycanın hakimiyyətinin daimi tənqidçilərindəndir. O, da mütəmadi olaraq ölkədə korrupsiya hallarının artmasından, korrupsiyanın yaranmasında hakimiyyətin maraqlı olmasından, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasından, hakimiyyətin apardığı yanlış siyasət nəticəsində ölkə büdcəsinin əsasən neftdən asılılığından bəhs edir. O, beynəlxalq təqdirlərdə də iqtisadiyyatın monopoliyada olmasından, hakimiyyətin ölkədə azad rəqabətə şərait yaratmamasından danışır.
Beynəlxalq donor təşkilatların ürək açıqlığı ilə qrant ayırdıqları Azərbaycandan olan digər QHT Leyla Yunusun rəhbərlik etdiyi Azərbaycan Qadınları Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti»dir. Bu təşkilat qısa müddət ərzində beynəlxalq donor təşkilatlardan 357 min manat miqdarında qrant alıb. Ona da maliyyə vəsaitini əsasən ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu, German Marşal Fondu, Ədalət və Təhsil Fondu, bizlərə yaxşı tanış olan "Fredoom House" təşkilatı, Avstriya Knyazlıının Açıq Cəmiyyət İnstitutu, Almaniyanın «Helfen journalisten» təşkilatı, BMT İnkişaf Proqramı, Kanadanın Türkiyənin səfirliyi, Böyük Britaniyanın və İsveçrənin Azərbaycandakı səfirliyidir. Leyla Yunus un kim olduğunu da deməyə ehtiyac yoxdur. O, daim Azərbaycanın beynəlxalq imicinin korlanması ilə məşğul olub. Hətta Ermənistanın müxtəlif təşkilatları ilə əməkdaşlıq etməkdən də çəkinməyib. Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı beynəlxalq təşkilatlara göndərilən hesabatlar da məhz onun adı ilə bağlıdır.
Beynəlxalq təşkilatların böyük lütfkarlıq göstərdiyi Azərbaycan QHT-lərindən biri də Novella Cəfəroğlunun rəhbərlik etdiyi «Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi İctimiyyəti» İctimai Birliydir. Novella Cəfəroğlu qrantları daha çox ABŞ-ın German Marşal Fondu, Norveçin «İnsan Haqları Evi» Fondu, Avrasiya Əməkdaşlıq Fondu, Lixtenşteyn Knyazlığı Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Kanadanın Türkiyədəki səfirliyi, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ıə ATƏT-in Bakı ofisi ayırıb. Ona ümumilikdə 409 min manat qrant ayrılıb.
Bu vəsaitlərin hansı layihələrə yönəldildiyini müəyyənləşdirdikdə isə qəribə bir mənzərə meydana çıxır. Məlum olur ki, xarici donor təşkilatlar daha çox Azərbaycanda insan haqları, media sahəsindəki problemlərin hesabat halına salınıb beynəlxalq təşkilatlara göndərilməsi ilə məşğul olan QHT-lərə qrantlar ayırıb.
F.Qəhrəmanlı