• bazar, 06 Sentyabr, 01:37
  • Baku Bakı 25°C

"SOCAR Green"dən BESS açıqlaması 

05.09.26 00:20 58
"SOCAR Green"dən BESS açıqlaması 

Batareya Enerji Saxlanc Sistemləri (BESS) Azərbaycanın enerji ixrac dəhlizlərinin əsas komponentinə çevriləcək. "Report" xəbər verir ki, bunu "SOCAR Green"in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.

"BESS-in ən geniş yayılmış və tanınmış tətbiqi enerji şəbəkəsinin sabitliyinin təmin edilməsidir. Bu sistem şəbəkənin tezliyini dəstəkləməyə, ehtiyat güc funksiyalarını yerinə yetirməyə, gərginliyi tənzimləməyə, sıfırdan işə salmanı təmin etməyə və digər vəzifələri həyata keçirməyə qadirdir. Eyni zamanda o, enerji layihələrinin tərtibatçılarına əhəmiyyətli fayda gətirə bilər. Məsələn, bu sistem günəş elektrik enerjisi istehsalçıları üçün generasiyanın zaman dəyişməsini həyata keçirməyə imkan verir. Bu sistem sayəsində istehsal olunmuş enerjini yüksək istehlak dövrlərinə yenidən bölüşdürə bilərik", - o qeyd edib. 
Batareya Enerji Saxlanc Sistemləri tərtibatçılara bu problemin həllinə kömək edə bilər: "İstehsalın məcburi azaldılması əvəzinə onlar enerjini yığıb aşağı generasiya anlarında şəbəkəyə verə bilərlər. Nəhayət, yaxın perspektivdə xüsusi əhəmiyyət kəsb edən məsələ ixrac dəhlizləridir. Azərbaycanda çoxsaylı ixrac enerji dəhlizləri yaradılacaq və batareya saxlanc sistemləri onların ən mühüm tərkib hissəsinə çevriləcək".

banner

Oxşar Xəbərlər