• şənbə, 19 Sentyabr, 02:00
  • Baku Bakı 23°C

"Üstyurt" investisiya blokları ilə bağlı müzakirə aparılıb

19.09.26 00:46 17
"Üstyurt" investisiya blokları ilə bağlı müzakirə aparılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Şerzod Xocayev ilə görüşüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə iki ölkənin prezidentləri - İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin "Əbədi dostluq" səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.

Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin "Üstyurt" investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər