• cümə, 19 Aprel, 20:40
  • Baku Bakı 24°C

Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib

13.06.21 13:45 307
Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib
Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlarAğdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi "İmarət” kompleksində olublar.
APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdiplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.
banner

Oxşar Xəbərlər