AZE | RUS | ENG |

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi
2019-cu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 907,4 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz az vəsait sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu vəsaitin 80 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 20 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 130,9 milyon ədəd balıq körpələrinin 127,8 milyon ədədi bitki ilə qidalanan balıqlar, 2,6 milyon ədədi çəkikimilər, 0,3 milyon ədədi nərəkimilər, 0,2 milyon ədədi qızıl balıqlar olub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967