Uşaqları sehrli aləmə aparanlar - Peşə

Şaxta baba: “Uşaqların inamını doğrultmaq asan deyil”
Qar qız: “Çalışırıq uşaqların gözündəki sehri hər zaman saxlayaq”
Yeni il gəlir. Gözəl günləri, xoş ümidləri, qayğıları ilə... 2015-ci ildə bir çox hadisələr yaşadıq, sevindik, güldük, kədərləndik. Qoyun ilinə əlvida deməyə hazırlaşırıq. Böyük ümidlərlə Meymun ilindən uğurlar gözləyirik.
Bu bayramı uşaqlar daha həvəslə gözləyirlər. Çünkionlar bir ildir gözlədikləri sevimli Şaxta baba və Qar qız ilə görüşmək imkanı əldə edirlər. Onlara öz arzu və istəklərini bildirmək üçün məktublar yazırlar. Biz də qəzetimizin bu sayında Şaxta baba və Qar qızla görüşdük. Müsahiblərimiz Şaxta baba obrazını canlandıran Niyaz Qasımov və Qar qıza həyat verən Türkan Şahmarlıdır.
“Hər saqqal taxıb libas geyinən Şaxta baba deyil”
Niyaz Bakı Uşaq Teatrında aktyordur. Müsahibimiz deyir ki, libasını geyinib saqqal taxmaqla Şaxta baba olmaq mümkün deyil. Həmsöhbətimizin sözlərinə görə, uşaqların inancını doğrultmaq o qədər də asan deyil: “Hər saqqal taxıb libas geyinən Şaxta baba deyil. Əslində Şaxta baba gənclər və böyüklər üçün adi görünə bilər. Amma uşaqlar üçün bu personaj böyük obrazdır. Uşaqlar onun varlığına inanır, arzularını, istəklərini reallaşdıracağına ümid bəsləyirlər. Bu obraz bizim üçün çox məsuliyyətlidir. Çünki uşaqlar inamını itirməmək üçün onun obraz olduğunu hiss etməməlidir. Məsələn, Şaxta baba paltarını dəyişəndə, geyinəndə uşaq onu görməməlidir. Uşaq Şaxta babanın qrim etdiyini bilməməlidir. Belə olan halda onun beynində əfsanəyə, illüziyaya olan inam itir, ümidləri puç olur. Buna görə Şaxta baba otaqdan səhnəyə gələnə qədər bu şərtlərə əməl etməlidir. Şaxta baba mümkün qədər mülayim, səmimi və əsl baba olmalı, uşaqla işləməyi bacarmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, Şaxta baba mülayim və səmimi ünsiyyət qura bilməsə qorxulu varlığa çevrilə bilər: “Uşaqlar bəzən mənə şikayət edirlər ki, anaları onları döyür. Deməli, uşaq inanır ki, Şaxta baba onun hər hansı bir problemini həll edəcək. Ona qeyri-adi varlıq kimi baxır. Bu məsum varlıqlar inanır ki, Şaxta baba onun dediklərini yerinə yetirəcək. Şaxta baba elə bir obrazdır ki, səmimi ünsiyyət olmasa, ondan nəinki uşaqlar, böyüklər də qorxa bilər”.
“Bəs bizim hədiyyələrimiz?”
Qar qız obrazını canlandıran Türkan da Bakı Uşaq Teatrının aktrisasıdır. Türkan deyir ki, uşaq vaxtı həyəcanla gözlədiyi Qar qız barədə xəyallar qurarkən özünün bu obrazı canlandırması fərqli hissdir: “Biz uşaqları sehirli aləmə aparırıq. Əgər onların üzündə təbəssüm, sevinc yarada biliriksə, deməli, işimizin öhdəsindən gələ bilirik. Onların təbəssümü, inamı bu sehrli aləmin əsas sirridir. Biz də çalışırıq ki, onların gözündəki bu sehr hər zaman qalsın”.
Müsahibimiz deyir ki, hər bir işin çətinliyi olduğu kimi, Qar qız obrazını canlandırmağın da müəyyən çətinlikləri var: “Hər bir personajın çətinliyi olur. Bu, təbii haldır. Anaq mən Türkan olmaqdan çıxıb Qar qız olduqda, Qar qız kimi düşünüb hərəkət etdikdə, onun heç bir çətinliyi məni qorxutmur”.
Müsahiblərimiz bu obrazları yaradarkən başlarına gələn maraqlı hadisəni də bizimlə bölüşdülər.
Şaxta baba: “Bir dəfə uşağı səhnəyə çıxardıq, adı İsmayıl idi. Soruşdum ki, İsmayıl, sən şeir bilirsən? Uşaq mikrofonu əlinə götürən kimi dedi ki, bunu etmək olmaz. Hamımız donub qaldıq ki, nəyi etmək olmaz? Uşaq dedi: “Qazı”. Hamı güldü və belə nəticəyə gəldik ki, evdən çıxanda qazı açıq qoymaq olmaz...”.
Qar qız: “Bir dəfə Qar qız olaraq bir şənlikdə çıxış edirdim. Uşaqların əlində qığılcım saçan çubuqlar var idi. Onlar Şaxta babanın yanında oynayırdılar. Bir də gördük ki, Şaxta babanın saqqalı yanır. Aktyora zərər dəyə bilərdi. Bizim başımız həmkarımızın saqqalını söndürməyə qarışanda uşaqlar da öz haylarında idilər. Ağlaşırdılar ki, Şaxta baba yanır, bəs bizim hədiyyələrimiz nə olacaq?”
Aygün ƏZİZ ">
">