Maqsud İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib
Dünən vəfat edən xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib.
APA-nın xəbərinə görə, Maqsud İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, həmkarları, ictimaiyyət nümayəndələri iştirak edib.
X X X
Bu gün Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib.
APA-nın xəbərinə görə, vida mərasiminəmərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, mərhumun ailə üzvləri, yaxınları, həmkarları, dövlət və ictimaiyyət nümayəndələri qatılıb.
Vida mərasimini giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar açıb. O bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Biz 56 il bundan qabaq Maqsudla tanış olmuşuq. Birlikdə ssenari kurslarını bitirmişik. Amerikadan Çinə qədər səfərlərdə olmuşuq. Maqsud “60-cılar” nəslinin layiqli nümayəndələrində idi. Artıq “60-cı lar” nəslinin yarpaq tökümü başlayıb. Bizim xalq istedadlı xalqdır. Yenə yaxşı şairlər, yaxşı yazıçılar yetişəcək. Amma heç vaxt 2-ci Maqsud olmayacaq. Biz Maqsudla bir yerdə sevinmişik, bir yerdə gülmüşük. Bu gün Maqsudun müəllifi olduğu əsərlərinin oynandığı teatrda onunla vidalaşırıq. Biz yaşadıqca Maqsud da yaşayacaq”.
Akademik, millət vəkili Rafael Hüseynov qeyd edib ki, Maqsud İbrahimbəyovun povestləri, esseləri gələcəkdə də yaşayacaq: “Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, siyasi publisistika ilə də məşğul olurdu. Maqsud İbrahimbəyovun əsərlərində onun Azərbaycan dövlətçiliyinə sədaqəti görünür. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, 2000-ci illərdə düşmənlərimiz bizə hədyanlar yağdırdılar. Belə anlarda Maqsud İbrahimbəyov qələmə sarılıb və hər zaman Azərbaycanı müdafiə edirdi”.
Xalq artisti Azərpaşa Nemət bildirib ki, Maqsud İbrahimbəyovun əsərlərinin mərkəzində özüdayanıb: “Bu gün Maqsud danışmasa da, onun ruhu bizi duyur. Mənə elə gəlir ki, Maqsudla vidalaşmırıq, “gələn görüşlərədək”, deyirik”.
Mərhumun oğlu Murad İbrahimbəyov da çıxış edib və atasının yaradıcılıq uğurlarına nail olduğunu bildirib.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana yola salınıb.
Qeyd edək ki, Maqsud İbrahimbəyov dünən 81 yaşında vəfat edib.
X X X
Bu gün Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət və ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Eyni zamanda institutun çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirib (1958-1959). Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.
1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub. Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.