• çərşənbə axşamı, 10 dekabr, 15:16
  • Baku Bakı 7°C

Avtobus sürücüsü sükan arxasında qətlə yetirildi - Bakıda

23.03.16 20:42 6640
Avtobus sürücüsü sükan arxasında qətlə yetirildi - Bakıda
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb.
İlkin ehtimala görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bir bıçaq zərbəsi alanZülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
4 saylı marşrut xəttinin daşıyıcısı “Çinar Trans” MMC-nin nümayəndəsi Zamin Sadıqov APA-ya bildirib ki, şirkət sürücülər arasındakı qanlı münaqişənin səbəblərindən məlumatsızdır. Şirkət nümayəndəsinin sözlərinə görə, qətlə yetirilən Zülfüqar Əzizli 4 saylı marşrut xəttində işə 2-3 gün əvvəl başlayıbmış: “Aralarında mübahisə yaranıb. Məmməd Zülfüqarı bıçaqlayıb. Hadisədən sonra onun özü iş yoldaşını xəstəxanaya çatdırmağa çalışıb. Lakin yolda dünyasını dəyişib. Məmməd Məmmədov özü polisə gedərək, təslim olub”.
banner

Oxşar Xəbərlər