çərşənbə axşamı, 09 avqust, 11:58

Baku Bakı 25°C

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub

icon 1821 icon 23 mart 2016 | 11:42 Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub. APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Onların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.
Xatırladaq ki,Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, yaralananların sayı 230 nəfərə çatıb: onlardan 100-ü hava limanında, azı 130 nəfəri isə metropolitendə törədilən partlayışlar nəticəsində yaralanıb.
Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə başsağlığı verib. Dövlət başçısı Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini qeyd edib: “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Brüsseldə törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilib ki, XİN Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır: “Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcək”.
Azərbaycanın Belçikadakı səfirliyi Azərbaycan vətəndaşlarına təhlükəli yerlərdən uzaq durmağı tövsiyə edib