çərşənbə axşamı, 09 avqust, 11:37

Baku Bakı 25°C

Bir ailənin 4 üzvü qəzaya düşüb, ölən və xəsarət alanlar var

icon 1931 icon 23 mart 2016 | 13:32 Bir ailənin 4 üzvü qəzaya düşüb, ölən və xəsarət alanlar var

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.
Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.