Uşağın üstündə heç vaxt əsmirəm
"Mənim
balam” rubrikamızın qonağı Xəzər televiziyasının "Evdəkilərə salam” verilişinin
sevilən aparıcısı Aytəkin Mərdanovadır. Müsahibimizin ötən həftə qızı Nərgizin
4 yaşı tamam oldu. İki övlad sahibi olan Aytəkin xanımın oğlu Fəridin isə 11
yaşı var. İşlərinin çoxluğuna baxmayaraq, daim övladlarına da diqqət ayıran
müsahibimizi bir də ana kimi tanımağa çalışdıq.
-
Hər bir valideynin uşağa öz yanaşma tərzi var. Misal üçün, uşaqları vurmağın tərəfdarı
deyiləm. Oğlumun 11 yaşı var, yadıma gəlmir ki, ona nə vaxtsa əl qaldırmışam.
Açığı, o özü də dəcəl uşaq olmayıb. Amma yıxılarsa, onun üstündə heç vaxt əsmərəm.
Deyirəm ki, adam yıxılar, bunun üçün yerişinə diqqət etməlisən, dur, düzgün şəkildə
gəz.
- Əgər müəllimləri övladlarımdan şikayət edərsə,
onlara icazə verərəm ki, uşaqlarımı cəzalandırsın. Uşağın üstündə heç vaxt əsmirəm.
Uşaq bu gün səhər onu, günorta bunu, axşam filan şeyi yeməlidir deyərək, anamın
işlərinə qarışmıram. Şükür ki, övladlarım sağlam böyüyür. Mən ən çox onların təhsilinə
fikir verirəm. Övladlarımın təhsili mənim üçün önəmlidir. Oğlumu şahmata, əlavə
hazırlıqlara yönəltmişəm. Deyirəm ki, eybi yox, şahmatçı olmasın, amma dostları
ilə bir yerdə oturanda boş vaxtlarında desinlər ki, "gəl bir şahmat oynayaq”.
Yaxud həyətə düşürsə, desin ki, gedək bir futbol oynayaq. Mən istəyirəm ki,
övladımın həm təhsili gözəl olsun, həm də hər şeydən anlayışı, dünyagörüşü
formalaşsın.
-
Məndə belə deyil. Qızım məni daha çox istəyir. Amma istəmirəm ki, mənə qarşı bu
qədər istəyi olsun. Məni görəndə əl çəkmir, hara gedirəmsə mənimlə getmək istəyir.
Mən öz sevgimi, məhəbbətimi büruzə verən insan deyiləm. İstər övladlarıma, istər
bacı-qardaşlarıma. Amma hər zaman istəyirəm ki, onlara kömək, dayaq olum. Hətta
qardaşımın təhsili üçün hər şeyə razıyam ki, təki təhsilini yaxşı mənimsəsin. Təhsil
heç zaman ziyana getmir. Bu məsələdə həssasam. Təhsillə bərabər övladlarıma sərbəstlik
də verməyə çalışıram. Oğlumu çox sərbəst böyütmüşəm. Əgər futbola gedirsə və
yol uzaq deyilsə, deyirəm ki, Fərid, özün get.
-
Açığını desəm, istəmərəm. İstəyirəm ki, övladlarım başqa sənətin sahibi
olsunlar. Qızımın həkim, oğlumun da pilot, bank işçisi, ya da kompyuter mütəxəssisi
olmasını istəyirəm.
-
Oğlumun çox gözəl rep demə qabiliyyəti var. Sərbəst şəkildə rep deyir. Düzdür,
istəmərəm ki, gələcəkdə reper olsun. Vaxt yoxdur ki, onu gitara, skripka,
qızımı skripkaya qoyum. İnşallah, onları musiqi alətlərinə yönəldəcəyəm. Məşğul
olsalar, çox gözəldir. Qızım gözəl rəqs edir. Amma rəqqasə olmağını istəmərəm.
Qoy savadlı, ali təhsilli olsun. Sonra nə istəyir eləsin.
-
Mənim üçün fərq etmir. Ataları bir az sakit təbiətli insandır. İstəyirəm ki, övladlarım
xasiyyət cəhətdən mənə oxşayıb diribaş, gözüaçıq olsunlar (gülürük).
-
Qadağalar qoymuram. Dost seçimində sərbəstdirlər. Özüm hər zaman ətrafıma,
dostlarıma diqqət etmişəm. Ətrafımda tanışlarım çoxdur, amma dostum çox azdır.
- Dostlarım qrup, sinif yoldaşlarımdır. Hansı
ki, onları uzun illərdir tanıyıram. Sənət aləmində sadəcə, yoldaşlıq etdiyim
adamlar var. Özümü çox qapaya bilmərəm, çünki tədbirdirsə gedirik, söhbət edirik,
ünsiyyət qururuq.
- Mənə heç vaxt dostluq, yoldaşlıq etdiyim
insanların şəxsi həyatı önəmli olmayıb. Düzdür, onun oturuşuna, duruşuna, həyat
tərzinə diqqət etmişəm. Mənim əgər onunla dostluğum, sözüm-söhbətim tutubsa
tutsun. Onun şəxsi həyatı özünə aiddir.
Xəyalə Rəis
- Aytəkin xanım, uşaqla işləmək çətin
deyil ki?
-
Bəzi insanlara çətindir. Amma çox şükür ki, mənə evdə kömək edən anam var.
İşsiz qalsam, həyat yoldaşım məndən çox narahat olar. Çünki universiteti bitirəndən
bəri öz ixtisasım üzrə çalışıram.
- Övladınızı böyüdərkən hansı
üsuldan yararlanırsınız?
- İndi müəllimlər şagirdlərdən
çox valideynlərdən şikayət edirlər. Valideyn müəllimə hədə-qorxu gəlir.
Qızımın
4 yaşı var, bağçaya gedir. Baxmayaraq ki anam baxırdı, mən istədim ki, bağçada ətrafı
geniş olsun, orada gimnastikaya, rəssamlığa yazdırmışam. Yoldaşım da, mən də
onların yaxşı təhsil alması və övladlarımıza gözəl gələcək verə bilmək üçün
çalışırıq. Biz həmişə çalışırıq ki, maaşımızdan kənara qoyaq və yayda
övladlarımızla dincəlməyə gedək. Valideynlər var, istirahətə tək gedirlər ki, təki
rahat olsun və istədiyi kimi istirahət edə bilsinlər. Mən bunun tərəfdarı deyiləm.
Özüm dincəlməsəm də olar, əsas uşaqlar dincəlsinlər. Hər şeyi görsünlər, onlar
üçün maraqlı olsun.
- Uşaqlarla nə qədər zaman
keçirirsiniz?
-
Təəssüflər olsun ki, onlarla çox az zaman keçirə bilirəm. Bu da mənim işimlə əlaqədardır.
Ancaq mütləq həftə sonları uşaqlarımı istirahətə aparıram. Geyimlərini özüm
seçirəm, hər bir şeylərinə diqqət yetirirəm.
- Efirdə sizi görəndə hansı
reaksiyanı verirlər?
-
Qızım deyir ki, mən də efirə çıxmaq istəyirəm. Amma oğlum heç sevmir. Hərdən
onların sinfinə gedəndə qızlar qaçıb mənimlə şəkil çəkdirmək istəyirlər. Oğlum
bu vaxt əsəbiləşir (gülürük).
- Bəlkə onda kişi qısqanclığı
var?
- Oğlumda o dediyiniz qısqanclıqdan yoxdur.
Ancaq qızımda var. Hətta qardaşını belə mənə qısqanır.
- Deyirlər atalar qızına, analar
oğluna meyilli olur.
- İndiki zəmanədə bu sərbəstlik o
qədər yaxşı deyil.
-
Onsuz da diqqətimiz hər zaman övladlarımızın üzərindədir. Məncə, uşağı çox
sıxıb, diqqət göstərməyə lüzum yoxdur. Bu, gendən gələn bir şeydir, hər kəs öz
ailəsinin tərbiyəsini büruzə verir. Oğlum çox həssasdır. Hər şeyə fikir verir.
Ailədə yoldaşımla heç vaxt dedi-qodu, söz-söhbət, dava-dalaş etmirik. Çünki bu,
uşaqların psixologiyasına təsir edir. Şükürlər olsun, çox sivil, rahat ailəmiz
var. Uşağın ailədə valideynlərindən görüb-götürməsi də vacibdir.
-
Övladlarınızın incəsənətlə məşğul
olmalarını istəyərsinizmi?
- Övladlarınızın istəyi hansı peşəyədir?
- Övladlarınızın hansı sizə daha
çox oxşayır? Həm xasiyyət, həm də görkəm baxımından?
-
Heç biri. Onlar daha çox atalarına oxşayırlar.
- Bu sizə xoş gəlir, yoxsa
pisinizə gedir?
- İnsanı mühit, çevrə yetişdirir.
Yəqin ki, uşaqlarınızın çevrəsinə diqqət yetirirsiniz.
-
Elə ona görə də təhsilləri ilə ciddi məşğulam ki, hətta təhsil aldıqları məktəb
belə nizam-intizamlı, tərbiyəli olsun. Uşağın düşdüyü mühit önəmlidir.
Valideynlər özləri görsün ki, necə etsələr, uşaqları üçün düzgün olar. Buna görə
də qərara gəlmişəm ki, ibtidai sinfi bitirəndən sonra elə bir yerdə təhsil
alsınlar ki, gələcəkdə psixologiya, ağıl, dərrakə və peşə seçimlərinə müsbət təsir
göstərsin.
- Övladlarınızın dost seçiminə nəzarət
edə bilirsinizmi?
- Dostlarınız sənət adamlarıdır?
- Dostluq etdiyiniz insanın özəl
həyatı sizin üçün nə qədər önəm daşıyır?
Xəyalə Rəis