Ukrayna klubu da Rusiyaya etiraz etdi
Gürcüstan
çempionatında çıxış edən klubların anti-Rusiya şüarı ilə aksiya keçirdikləri
barədə məlumat vermişdik.
Kaspi.az xəbər
verir ki, Gürcüstan klubları meydana, üzərində "Rusiya bizim torpaqların 20
faizini işğal edib” yazılmış formalarda çıxmışdılar.
Ukraynanın
"Vorskla” klubu da gürcülərə dəstək verib. "Vorskla”nın futbolçuları üzərində
"20 faiz ərazimiz Rusiya tərəfindən işğal olunub” yazılmış plakatla şəkil çəkdiriblər.
Plakatı isə "Vorskla”nın gürcü futbolçusu Andro Qiorqadze tutub.