• cümə, 26 Aprel, 11:38
  • Baku Bakı 12°C

UEFA prezidenti: “Oyunların azarkeşsiz keçirilməsi barədə düşünmək istəmirəm”

06.03.20 12:00 884
UEFA prezidenti: “Oyunların azarkeşsiz keçirilməsi barədə düşünmək istəmirəm”
"Koronavirus ciddi problem, həll etməli olduğumuz situasiyalardan biridir”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin koronavirus infeksiyasının yayda keçiriləcək Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib.
Sloveniyalı futbol funksioneri qitə birinciliyinin planlaşdırıldığı kimi keçiriləcəyini düşünür: "Mən məsələyə müsbət tərəfdən baxıram. AVRO-2020-nin startı verilməmiş vəziyyəti nəzarət altına götürəcəyik, bundan narahat deyiləm. Oyunların azarkeşsiz keçirilib-keçirilməməsi məsələsi barədə heç düşünmək də istəmirəm. Çünki hər şeyin planlaşdırıldığı kimi keçəcəyinə əminəm. Vəziyyəti düzgün dəyərləndirsəniz, təşvişə düşməzsiniz”.
Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. Turnir çərçivəsində qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir matçı Bakıda olacaq.
banner

Oxşar Xəbərlər