• cümə, 26 Aprel, 10:00
  • Baku Bakı 12°C

UEFA-nı “Bavariya”a yox, “Real” təhdid edib

20.11.18 13:25 686
UEFA-nı “Bavariya”a yox, “Real” təhdid edib
Avropanın nəhəng klublarının Superliqa yaratmaq ideyası ilə bağlı yeni məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, məsələ ilə bağlı Hollandiya Kral Futbol İttifaqının prezidenti Mixael van Praq da fikirlərini bildirib. O, bu ideyanın təşəbbüskarının "Bavariya” olmadığını deyib:
"Ola bilsin ki, Superliqanın yaradılması ilə bağlı hansısa sənədlər mövcuddur. Ancaq bu planın 20121-ci ildə işə düşəcəyinə inanmıram.
Mən klub rəsmiləri ilə söhbət etmişəm. Onlar mənə deyiblər ki, bu yöndə heç bir danışıq aparılmır. UEFA-nı bu məsələ ilə bağlı "Bavariya” yox, "Real” təhdid edib. Hər şey çox ciddi idi. Onlar elə sözlər deyiblər ki, mən onu burda təkrarlamaq istəmirəm. Rummenigge hər şey etdi ki, situasiyanı nizamlasın və futbol ailəsini qorusun”.
İdeyaya görə, Superliqada 11 klub 20 il müddətində mütəmadi olaraq iştirak etməlidir. Daha 5 klub isə qonaq qismində dəvət almalıdır.
banner

Oxşar Xəbərlər