• cümə axşamı, 28 mart, 23:32
  • Baku Bakı 13°C

Türkiyə-Azərbaycan birliyi regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edi

26.02.20 15:51 935
Türkiyə-Azərbaycan birliyi regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edi
Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri daim inkişaf edir.
Bunu Trend-ə deputat Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısının yüksək səviyyədə baş tutması iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu bir daha göstərir:
"Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan mühüm sənədlər iki qardaş ölkə arasında əlaqələrin bundan sonra daha sürətlə və uğurla inkişafına xidmət edəcək”.
B.Əliyev bildirib ki, Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Deputat vurğulayıb ki, Azərbaycan ilə Türkiyə həm ağır, həm də xoş gündə bir-birinin yanındadır:
"Ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə ilə Azərbaycan "iki dövlət, bir millət"dir. Ağır gündə də, yaxşı gündə də Azərbaycan həmişə Türkiyə ilə bir yerdə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev həmişə vurğulayıb ki, Azərbaycan Türkiyə ilə hər zaman bir yerdədir, Türkiyə olmayan yerdə də Azərbaycan var və Türkiyənin mövqelərini müdafiə edəcək və bunu beynəlxalq təşkilatlarda da dəfələrlə sübut edib. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin yanında olub”.
Deputatın sözlərinə görə, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və və bu birlik regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir:
"Düşünürəm ki, Türkiyə ilə Azərbaycanın möhkəm birliyi dünyada gedən ağır, böhranlı proseslərdə, münaqişələrdə dünyaya sülh gətirən bir güc mərkəzi kimi meydana çıxacaq. Əlbəttə ki, bu sülhü, tərəqqini istəməyənlər buna mane olmağa çalışırlar. Amma bu, mümkünsüzdür, çünki artıq birlik yaranıb və bu birlik dünyada sülhün, insanların gələcək xoşbəxt həyatı üçün mədəni müxtəlifliyi təmin etməklə demokratik prinsiplərin bərqərar olmasına xidmət edir".
banner

Oxşar Xəbərlər