• cümə, 23 May, 07:22
  • Baku Bakı 12°C

Türkəçarə, yoxsa həkim müalicəsi? - Polemika

15.02.16 11:37 3779
Türkəçarə, yoxsa həkim müalicəsi? - Polemika
Hələ qədim dövrlərdə, tibbin və dərmanpreparatlarının inkişaf etmədiyi vaxtlarda insanlar müxtəlif xəstəlikləri şəfalı otlar və məlhəmlərlə müalicə edirdi. Bu adət-ənənə indiki dövrə qədər gəlib çatır. Tibbin bu qədər inkişaf etdiyi vaxtda belə, bəziləri həkim müayinəsindənsə türkəçarəyə üstünlük verirlər. Onlar bildirirlər ki, dərmanlar insan orqanizminin bir tərəfinə xeyir versə də, digər orqanları sıradan çıxarır. Buna görə də bu üsuldan daha çox istifadə edirlər. Digərləri isə əksinə, türkəçarəni avamlıq adlandırır və bu müalicə metoduna mənfi reaksiya verir. Bəs gənclər bu haqda nə düşünür? Bunlardan hansı daha effektli və orqanizmə daha faydalıdır?

“Türkəçarəyə inamformalaşıb”
Şükufə Süleymanlı, tələbə

Şükufə həkim müalicəsinin tərəfdarıdır. O deyir ki, türkəçarə üsulu nə qədər faydalı olsa da,tibbin bir çox sahələrinə çatmaz: “Elə xəstəliklərvar ki, onu yalnız ixtisaslı həkimlər müayinə və müalicə edə bilər. Həkimin qoyduğu dəqiq diaqnoz xəstəliyin yarısının sağalması deməkdir. Təbii ki, ən əhəmiyyətlisi düzgün və savadlı bir həkimin müayinəsidir. Yoxsayanlış diaqnoz və müalicəxəstənin vəziyyətini daha da çıxılmaz hala sala bilər”.
Həmsöhbətimiz türkəçarə üsulunun məntiqə sığmadığını qeyd edir. Deyir ki, bu,sadəcə, xalq arasında yayılan inamın məhsuludur: “Belə bir şey var ki, insan nəyə inansa, həmin şeyin onu sağaldacağına güvənir. Məsələn, müharibə dövründə yaralı insanlar özlərini morfinin ağrını kəsdiyinə inandırmışdı. Morfi qurtardıqda isə çarəsiz qalan tibb bacıları onlara morfi əvəzi su vururdular. Həmin xəstələr bundan xəbərsiz idi və su vurulduqdan sonra ağrılarının kəsdiyinə inanırdılar. Çünki onlar həmin dərmanı yeganə çıxış yolu kimi qəbul edirdilər. Bizdə də türkəçarəyə inam belə formalaşıb və əsrlərdir beləcə davan edir. Onlar tibbin və həkim müayinəsinin daha faydalı olması fikrini qətiyyətlə rədd edirlər. Müxtəlif otları qarışdırıb içməklə işin bitdiyini hesab edirlər. Lakin ola bilər ki, vaxtında və üstünə düşülməsə, xəstəlik daha ciddi məcraya yol açsın. Ümumiyyətlə, qan təzyiqini, qripi müxtəlif otlarla sağaltmaq haradasa məntiqəuyğun olsa da, xərçəng, qaraciyər sirrozu kimiçətin xəstəlikləribu üsulla müalicə etmək tamamilə səhv fikirdir”.
Şükufə deyir ki, insanlar türkəçarəni yeganə çıxış yolu kimi görməməlidirlər. Çünki tibb hazırda kifayət qədər inkişaf edib: “Bu adətən yaşlı insanların metodudur. “Filankəsin də başı ağrıyırdı, yasəmənlə qərənfili qarışdırıb, içinə də zəncəfil atıb dəmləyib içən kimi o saat keçdi”. Axı ola bilsin ki, həmin filankəsin başı bir səbəbdən ağrısın, səninki başqa səbəbdən. Bəlkə elə beynində xərçəng şişi var və vaxtında həkimə getməsə, ölə bilər. Mənim fikrimcə,insanlar həkim müayinəsindən mütləq keçməlidirlər”.

“İynə-dərman xəstənin salamat orqanlarını da sıradan çıxarır”
Ayşən Rəhimova, tələbə

Ayşən isə türkəçarə üsulunun daha faydalı olduğunu düşünür. O deyir ki, həkimlərbəzən insanları maddi maraqları üzündən qurban edirlər: “Həkimlər onlara müraciət edən insanlara xəstə, canı ağrıyan insan kimi yox, potensial qazanc mənbəyi kimi baxırlar. Onlar daha çox pul əldə etmək üçün insanların həyatını bəzən təhlükə altına atırlar. Təbii ki, bu, bütün həkimlərə aid deyil. Öz işini vicdanla yerinə yetirən və yalnız xəstənin sağalmasını düşünən həkimlər də var. Lakin çox təəssüf ki, belə həkimlərimizn sayı çox azdır”.
Ayşən deyir ki, bəzən həkim müayinəsi illərlə uzanır və onun aldığı müalicənincanınabir faydası olmur. Belə olanda həm xəstə, həm də onun ailəsinə maddi və mənəvi zərər dəyir: “Müalicə prosesini uzatmaq üçün lazımlı-lazımsız iynə-dərman illər boyu yazılır. Həmin dava-dərman xəstənin salamat orqanlarını da sıradan çıxarır. Bu isə sadəcə, həkimin cibinə “fayda”lı olur. Nümunə üçün elə özümü misal göstərə bilərəm ki, bu yaxınlarda həkimə müraciət etmişdim. Həkim şikayətim olmayan orqanlarımda problem çıxardı və müalicənin sonunda ağrımayan yerlərim də ağrımağa başladı. Nənəmin üsulu ilə hazırlananbir neçə şəfalı otlar və məlhəmlər bircə həftədə ağrılarımı tamamilə aradan götürdü”.
Hər iki üsul faydalı ola bilər
Firuz Asanov, jurnalist

Firuz bu məsələyə bir qədər fərqli mövqedən yanaşır. O deyir ki, tam dəqiq diaqnoz qoyulmadan türkəçarə üsuluna əl atmaq tamamilə yanlışdır. Lakin bu üsulhəkimlərin məsləhəti ilə edilərsə, insan orqanizminə faydalı ola bilər:“Səhhətimdəki problemlərə görə uzun müddətdir müalicə alıram. Tam dəqiq diaqnoz qoyulmadan belə üsullara atmağın insan orqanizmi üçün təhlükəli ola biləcəyini düşünürəm. Bu zaman insan üçün hətta digər lazımsız problemlərin yaranma ehtimalı da böyük üstünlük təşkil edir. Mən bronxlarımdan və qaymorit xəstəliyindən müalicə alıram. Həkimlər ambulator müalicə üsulu ilə paralel olaraq mənitürkəçarə ilə müalicə edirlər”.
Firuz deyir ki, insanların kor-koranə şəkildə türkəçarə üsuluna əl atması onların tibbin inkişafına olan inamsızlığından irəli gəlir: “İnsanların bu üsulla müalicəsinin müxtəlif səbəbləri var. Əvvəla, bu ənənəbizdə əsrlərdən bərimövcuddur. Odur ki, insanlar arasında belə üsulla müalicəyə güclü inam formalaşıb. Sən yaşlı bir qadına ha desən ki, həkimin məsləhəti daha yaxşıdır, o, yenə də öz bildiyi otlarla özünü müalicə edəcək. Çünki ona da bu adət nənə-babasından keçib. Digər bir səbəb isə bizdə tibb sahəsinin kifayət qədər inkişaf etməməsidir. Təəssüf ki, keyfiyyətsiz dərman preparatları və savadsız həkimlərin sayı kifayət qədərdir. Lakin bu o demək deyil ki, ölkədə peşəkar həkim yoxdur və bütün xəstəlikləri qədim üsullarla müalicə etmək lazımdır. Hesab edirəm, ən yaxşısı budur ki, həkimlə ortaq məxrəcə gəlib həm tibbi, həm də qədim adət-ənənələrə əsaslanaraq türkəçarə ilə müalicə alasan. Əsas odur ki, xəstə sağalacağına psixoloji olaraq inansın”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər