• cümə, 19 Aprel, 20:55
  • Baku Bakı 24°C

Tənzimləmə ilə bağlı qərar təbii qazdan qənaətlə istifadə edilməsinə səbəb olacaq

01.07.21 20:45 485
Tənzimləmə ilə bağlı qərar təbii qazdan qənaətlə istifadə edilməsinə səbəb olacaq
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi, təbii qaz təsərrüfatında da son illər böyük nailiyyətlər əldə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq, respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, son 3 il ərzində ümumilikdə 260-dan çox kəndə ilk dəfə qaz verilib. Bununla yanaşı, eyni dövrdə Bakı şəhərində və regionlarda 90-dan çox yeni yaşayış massivinə "mavi yanacaq” verilib. Azərbaycanda qazlaşdırmanın səviyyəsi və sürəti qonşu ölkələrdəki, o cümlədən bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub.
Təbii qaz üzrə tarif tənzimlənməsinə münasibət bildirən A.Hüseynovun deyib ki, COVID-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir abonent üzrə 1,3 min kubmetrdən 1,6 min kubmetrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb. Qeyd olunub ki, təbii qaz üzrə son tarif tənzimlənməsi ilə bağlı qərar 2016-cı ilin noyabr ayının 28-də verilib və ötən müddət ərzində Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35 faiz artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub.
Deputat bildirib ki, təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin davamlı və keyfiyyətli istiliklə təmin olunmasına, dövlətin maliyyə imkanlarının artmasına şərait yaratmaqla bərabər, əldə olunan vəsaitin əhalinin sosial rifah halının daha da yüksəldilməsinə imkan verəcək.
Təbii qaz üzrə tarif tənzimlənməsinin əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcəyini bildirən A.Hüseynov əlavə edib: "Bununla bərabər, kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq və tarif dəyişikliyi əhalinin yalnız 51 faizinin orta aylıq xərcinə təsir etməyəcək”.
Deputat bu qərarın təbii qazdan qənaətlə istifadə edilməsinə imkan verəcəyini bildirib.
banner

Oxşar Xəbərlər