Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

Cəmiyyət
18 Yanvar 2020, 17:15 466
Ötən il Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının 31 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
 
Trend-in məlumatına görə bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Nazir müavini bildirib ki, onlardan 5 nəfər ədliyyə orqanlarından xaric edilib: "O cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Həmçinin, hər iki xidmətin fəaliyyət istiqamətləri üzrə qanunla müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssas yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, ölkə başçısının müvafiq Sərəncamına əsasən "Könüllülər ili” elan edilmiş cari il ərzində gənc könüllülərin ədliyyə fəaliyyətinə geniş təşviq olunması ilə bağlı zəruri tapşırıqlar verilib”.