Təcili yardım maşını meydana girdi, sürücü yoxa çıxdı
Rumıniya çempionatında qəribə hadisə yaşanıb.
Kaspi.az xəbər verir ki, olay "Konkordiya” – Farul” qarşılaşmasında
baş verib. "Konkordiya”nın futbolçusu ağır zədə alıb. Meydana təcili yardım
maşını çağırılıb.
Həkimlər futbolçuya ilkin tibbi yardım göstərdikdən sonra onu
xəstəxanaya aparmaq üçün maşına yerləşdiriblər.
Ancaq bundan sonra məlum olub ki, sürücü yoxdur.
Bir müddətdən sonra gəlib çıxan sürücü yenə də maşını idarə etməyə
tələsməyib. O, əlində olan kağıza nəsə yazmaqla məşğul olub.
Futbolçuya körpücük sümüyün sınığı diaqnozu qoyulub.