• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

TAP-ın Avropa üçün əhəmiyyəti artacaq

10.04.21 13:00 1324
TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Cənub-Şərqi Avropa üçün Trans-Adriatik boru kəmərinin (TAP) əhəmiyyəti 2021-ci ildə Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) tikintisinin başa çatmasından sonra daha da artacaq. Bu, hələ də bir tədarükçüdən asılı olan regiona alternativ qaz mənbələrindən istifadə etməyə imkan verəcək.
Trend bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.
Məlumatda bildirilir ki, 2021-ci ilin yanvar-fevral aylarında TAP vasitəsilə İtaliyaya orta sutkalıq qaz tədarükü təxminən 9-10 milyon kubmetr təşkil edib. Azərbaycandan tədarük qaz qiymətlərinin ucuzlaşmasına gətirib çıxarır və bu da İtaliyaya mavi yanacağı Avropanın şimal-qərbinə ixrac etməyə imkan verir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli başlayıb.
banner

Oxşar Xəbərlər