Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatıdır

Müstəqil Azərbaycan dövlətinin Qurtuluş Günündə – iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarixi salnamə yazdılar. Bu tarixi günə şahidlik etmək mənə də nəsib olduğu üçün fəxarət hissi keçirirəm. İşğaldan azad olunduqdan sonra ilk dəfə getdiyim ərazilərimizin vəhşicəsinə dağıdılması mənə çox pis təsir etsə də, müasir səviyyədə bərpa olunan və yeni quruculuq işləri Qarabağımızın gələcəkdə regionun böyük sosial, iqtisadi, turizm və mədəniyyət mərkəzi olacağına ümid verməsi məni qürurlandırdı. Bu ümid və qürurla irəlilədiyimiz Zəfər yolunun sonunda mədəniyyət paytaxtımız Şuşanın Türkiyə və Azərbaycan bayrağına sarılması ən xoş görünüşlərdən biri oldu.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, Türkiyə Prezidentinin Şuşaya səfərinin məhz iyunun 15-də həyata keçirilməsini bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır. Ulu Öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının ən bariz göstəricilərindən biridir. Prezident İlham Əliyev bu səfəri belə dəyərləndirdi: "Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycanda bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur”. Bu görüşdə böyük öndərlər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ulu öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının bir daha xatırlandığını vurğulayan Əhliman Əmiraslanov tarixi Şuşa Bəyannaməsinin iki qardaş ölkənin müttəfiqliyinin və keyfiyyətcə daha yüksək işbirliyinin rəsmi təminatı olduğunu qeyd edib.
"Strateji əhəmiyyət kəsb edən Bəyannamədə bir çox önəmli məsələlər - beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti öz əksini tapıb. Həmçinin sənəddə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr yer alıb. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmir və avtomobil yolları ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”, - deyən Milli Məclisin komitə sədri Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərarını qardaş ölkənin bu bölgədə mövqeyinin daha da möhkəmlənməsi kimi dəyərləndirib.
Vurğulanıb ki, ümumilikdə Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə, öz təhlükəsizlikləri baxımından zəruri hesab edir.