• cümə, 03 May, 13:46
  • Baku Bakı 20°C

Sumqayıtda 28 nömrəli tam orta məktəbə Polad Həşimovun adı verilib

04.11.21 16:42 531
Sumqayıtda 28 nömrəli tam orta məktəbə Polad Həşimovun adı verilib
Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə "Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun adı verilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb.
Qərara əsasən 37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarınınadıverilib.
Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıq verilib.
banner

Oxşar Xəbərlər