• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

Sosial ödənişlər təxminən 25 faiz artıb

03.06.20 12:22 547
Sosial ödənişlər təxminən 25 faiz artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib. 83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib.
May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.
banner

Oxşar Xəbərlər