• çərşənbə, 24 Iyul, 22:19
  • Baku Bakı 30°C

SOCAR SARB və “Umm Lulu” yataqlarında iştirak payı alıb

01.06.24 00:12 2235
SOCAR SARB və “Umm Lulu” yataqlarında iştirak payı alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və “Umm Lulu” yataqlarında iştirak payının 3 %-nin SOCAR-a verilməsinə dair saziş imzalanıb.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.

banner

Oxşar Xəbərlər