• bazar, 28 Aprel, 01:42
  • Baku Bakı 17°C

“SOCAR Könüllüləri” məlumatlandırılıblar

24.02.24 00:06 3348
“SOCAR Könüllüləri” məlumatlandırılıblar

“SOCAR Polymer” şirkətinin yüksək sıxlıqlı polietilen zavodunun açılışının 5-ci ildönümü münasibətilə tur təşkil olunub.

SOCAR-dan “Report”a bildirilib ki, tur çərçivəsində könüllülərə öncə ölkəmizin neft-kimya sənayesi, “SOCAR Polymer” şirkəti, o cümlədən yüksək sıxlıqlı polietilen zavodunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra könüllülər zavodun idarəetmə otağı, laboratoriya, qablaşdırma və anbar bölmələri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2019-cu il fevralın 18-də açılışı olan zavod ötən illər ərzində səmərəli fəaliyyət göstərərək ölkəmizin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına, ixrac potensialının artırılmasına dəyərli töhfələr verir.

banner

Oxşar Xəbərlər