• cümə, 29 Mart, 03:27
  • Baku Bakı 7°C

SOCAR-ın Bolqarıstanda ofisinin açılması müzakirə olunub

06.10.22 17:30 762
SOCAR-ın Bolqarıstanda ofisinin açılması müzakirə olunub

Bolqarıstanın energetika naziri Rozen Xristov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Balkan regionu üzrə icraçı direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend bu barədə Bolqarıstan Energetika Nazirliyinə istinadən məlumat verir.

Görüş zamanı müxtəlif əməkdaşlıq imkanları, qaz və elektrik enerjisi sferalarında qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub. SOCAR nümayəndələri Bolqarısrtan tərəfi ilə bir çox məsələlərdə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Tərəflər, həmçinin Bolqarıstanda SOCAR-ın ofisinin açılması fikrini müzakirə edib.

banner

Oxşar Xəbərlər