“Siti” UEFA-ya izahat verməkdən imtina etdi
"Mançester Siti”
UEFA-nın tələbini yerinə yetirməyib.
Kaspi.az xəbər
verir ki, UEFA "Siti”dən "Der Spiegel” nəşrində gedən məlumatla bağlı izahat tələb
etmişdi. Məlumatda "Siti”nin 2013-2015-ci illərdə maliyyə maxinasiyalarına yol
verildiyi bildirilirdi
"Siti” rəhbərliyi
ittihamları inkar etməyib və üstəlik, bununla bağlı izahat verilməsini də lüzum
bilməyib. Klub rəhbərliyi bildirib ki, ittihamlar oğurlanmış məlumatlara əsaslandığı
üçün izahat vermək istəmirlər.
UEFA isə bu məsələ
ilə bağlı araşdırmalara başlamağı planlaşdırır.