Sərxoş sürücülərin cəriməsi yüngülləşdirilməyib

Ekspertlərin fikrincə, cərimələrin təyini ilə bağlı konkretləşdirilmə aparılıb
İnzibati Xətalar Məcəlləsinin (İXM) sərxoş halda avtomobil idarə edənlərə qarşı cərimə tətbiqini nəzərdə tutan maddəsində dəyişiklik edilib. Belə ki, əvvəllər sərxoş sürücü hər hansı kobud qayda pozuntusu törətdikdə ona 400 manatdan 500 manata kimi cərimə tətbiq edilməklə sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılırdı. İndi isə eyni pozuntunu törədən sürücü ya 400 manat və 5 balla cərimə olunacaq, ya da sürücülük hüququ məhdudlaşdırılacaq.
Sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər. Bu dəyişiklik əksər sürücülərin narazılığına səbəb olub. Martın 1-dən qüvvəyə minən yeni İXM-də dəyişikliyi avtomobili sərxoş idarə edənlərin cəriməsinin yüngülləşdirilməsi kimi qəbul edənlər də var. Bəs bu, cərimənin yüngülləşdirilməsi hesab oluna bilərmi? Ümumilikdə bu dəyişikliyin mahiyyəti nədir?
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ümumiyyətlə, İXM-yə bu istiqamətdə tez-tez dəyişiklik edilir. Bu da hər zaman bu və ya digər formada narazılıqlara səbəb olur: “Əslində dünyanın müxtəlif ölkələrində alkoqol qəbul edən sürücülərə tətbiq edilən cəzalar da fərqlidir. Alkoqol qəbul etmək və sərxoş olmaq ayrı-ayrı anlayışlardır. Məsələn, ABŞ-da alkoqolun orqanizmdə səviyyəsini müəyyən edən cihazla sürücüləri yoxlayırlar və həmin dozaya uygun cəzalar tətbiq edilir. Hətta müxtəlif ştatlarda cəzalar və tətbiq olunan qaydalar müxtəlifdir. Bu, dozator adlanan cihazla yoxlanılır və icazə verilən həddə qədər olduqda sürücüyə heç bir cəza tətbiq edilmir. Azərbaycanda isə qayda fərqlidir, qəbul olunan alkoqolun miqdarından asılı olmayaraq İXM-nin tələbləri tətbiq edilir. Bu mənada tətbiq olunan cəzalarla bağlı maddədə "və ya" məsələsi olmamalı idi. Cəza konkret olmalıdır".
İ.Hüseynli deyir ki, nəzərdə tutulan qayda gələcəkdə DYP əməkdaşı ilə bəzi sürücülər arasında sövdələşmə imkanlarına yol aça bilər: “Bu mənada məcəllədə bu məsələ konkret olmalıdır. Ya cərimə və xəbərdarlıq, ya da bunlarla birlikdə sürücülük hüququnun məhdudlaşdırılması tətbiq olunmalıdır”.
106.3 FM-də yayımlanan “Avtostop” verilişinin müəllif və aparıcısı dj Tural Yusifov isə bildirdi ki, bu dəyişikliyi yüngülləşdirmə halı kimi qiymətləndirmək düzgün deyil. Sadəcə, maddədən bir bənd çıxarılıb: “Əvvəllər İXM-nin 152-1.1 bəndində içkili halda nəqliyyat vasitəsini idarə etməyə görə 300 manat cərimə və 6 aydan bir ilə qədər sürücülük hüququnun məhdudlaşdırılması var idi. İndi bu, 333.1-lə 400 manat cərimə və ya 5 baldır. Ya da 6 aydan bir ilə qədər sürücülük hüququnun məhdudlaşdırılmasıdır. Cərimə 300 manatdan 400-ə qaldırılıb. Müzakirə olunan məsələ isə İXM-nin 152-1.2 maddəsidir. Əvvəl bu maddə var idi. Burada göstərilirdi ki, əgər sürücü içkili halda qırmızı işığı keçərdisə, o zaman sürücülük hüququ bir müddətə məhdudlaşdırılırdı, 400-500 manata qədər cərimə var idi. Tutaq ki, içkili olduğu halda hansısa yol hərəkəti qaydasını pozub. Bu maddəni çıxarıblar. Təkrar bu qanun pozuntusunu törətməyə görə 400-500 manat cərimə, sürücülük hüququnun iki ilə qədər məhdudlaşdırılması qalıb”.
Bu maddənin çıxarılmasına gəlincə, T.Yusifov deyir ki, dünya təcrübəsində içkili sürətdə qırmızı işıqda keçməyin ayrıca cəriməsi yoxdur: “İçkili olaraq saxlanmısansa və bu hal birinci dəfədirsə, polisə tabe olursunuzsa, heç bir yol hərəkəti qaydasını pozmamısınızsa, bu zaman 400 manat cərimə və 5 bal yazırlar. Biri də var içkili surətdə qırmızını keçirsiniz. Bu zaman ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Məhkəməyə göndərilir və məhkəmə sürücülük hüququnu məhdudlaşdırır. Dünyanın heç bir yerində ayrı-ayrı qayda pozuntularının içkili surətdə törədilməsinin ayrıca cəriməsi yoxdur. İçkili surətdə qırmızıda keçmisən, qoşa xətti tapdalamısan, cərimədir. Yaxud dəmir yolunun keçidini keçmisənsə, cərimədir. 151.3-də qeyd olunurdu ki, içkili surətdə dəmir yol keçidini keçmisənsə, cəriməsi ayrıdır. İXM-dən bu maddəni çıxarıb, daha normal bir formaya salıblar. Bu adam içkilidir. Daha ağırlaşdırıcı hərəkət edibsə, məsələn, qırmızıda keçibsə, sürücülük hüququnu məhdudlaşdırarlar, bir az yüngüldürsə, cəriməsini tətbiq edərlər. Yüngülləşdirmədən söhbət getmir. Rusiyada da həmin qanundur. Ağırlaşdırıcı hal varsa, sürücülük hüququnun məhdudlaşdırılmasıdır. Sadəcə, içkili halda sükan arxasına oturubsa, cərimələnməlidir”.
T.Yusifov bu dəyişikliyin tətbiqində müəyyən problemlərin ola biləcəyini də dedi: “Cəriməni yol polisi təyin edir, məhdudlaşdırmanı məhkəmə. Bəli, burada düşünə bilərlər ki, polis deyər ki, bu qədər ver, səniməhdudlaşdırmaya göndərməyim. Belə hal ola bilər. Hər gün olur onsuz da. Sürücü ilə yol polisi arasında münasibətlər və söhbətlər ola biləcəyinə görə bu məsələnin icrasında problem ola bilər. Amma yüngülləşdirmə söhbəti yoxdur. Qırmızı işıqda içkili vəziyyətdə qayda pozubsa, sürücülük hüququ məhdudlaşdırılmaya gedəcək. Amma icra olunması müfəttişdən asılı məsələdir. Bu da insan amilidir, dünyanın heç yerində bunu ləğv edə bilməzlər”.
Aygün Asimqızı