• cümə, 29 Mart, 00:08
  • Baku Bakı 7°C

Şamil Ayrım: Fransanın riyakar simasını ifşa etməkdə qərarlı olmalıyıq

03.12.22 09:30 627
Şamil Ayrım: Fransanın riyakar simasını ifşa etməkdə qərarlı olmalıyıq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupu bütün beynəlxalq platformalarda Fransa Milli Assambleyasının riyakarlığını ifşa etməkdə qərarlıdır. Bu istiqamətdə fəaliyyətimiz heç bir halda mövsümi olmamalıdır. Fransanın müstəmləkəçilik fəaliyyəti və törətdiyi çoxsaylı bəşəri cinayətlər barədə faktları dünya ictimaiyyətinə davamlı şəkildə çatdırmaq əsas hədəfimiz olmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun bundan əvvəl yaydığı etiraz bəyanatında Fransa Senatında qəbul edilmiş böhtançı “qətnamə”nin həqiqətləri gizlətməyə və açıq şəkildə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına qarşı olduğunun ifadə edildiyini diqqətə çatdıran TBMM-in deputatı deyib: “Fransanın birtərəfli qaydada Ermənistanı dəstəkləməsi təcavüzkar tərəfin işğalçılıq siyasətinə haqq qazandırmaq cəhdidir. Haqqında danışdığımız qətnamələr Fransanın ATƏT-in Minsk qrupunun həmsədri missiyasında indiyədək qərəzli olduğunu, Azərbaycan və Türkiyənin Ermənistanla normallaşma siyasətini pozmaqda israr etdiyini təsdiqləyən addımlardır. Belə bir ikiüzlü mövqedə olan tərəfin dünyadakı heç bir prosesdə vasitəçilik etmək iddiası qəbul edilə bilməz. Sülhsevər dünya ictimaiyyəti Fransanı daha yaxşı tanımalıdır ki, o, bir daha dünya miqyasında soyqırımları törədə bilməsin”.

Fransanın ikili standart siyasətinin bütövlükdə Qafqazdakı sülh və sabitlik səylərinə qarşı təhlükə mənbəyi kimi dəyərləndirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, bütün bu cəhdlər Ermənistandakı revanşist qüvvələri yeni təxribatlara həvəsləndirdiyi üçün bölgədə baş verə biləcək xoşagəlməz hadisələrə görə beynəlxalq hüquq qarşısında məsuliyyətə şərikdir.

“Bütün bunları nəzərə alaraq Fransanın riyakar simasını bütün beynəlxalq platformalarda ifşa etməkdə qərarlı olmalıyıq”, - deyə Şamil Ayrım vurğulayıb.

banner

Oxşar Xəbərlər