• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

Şagirdlərimizdən Azərbaycan Ordusuna dəstək

01.10.20 15:00 460
Şagirdlərimizdən Azərbaycan Ordusuna dəstək
Bakı Modern Təhsil Kompleksinin müəllim və şagird heyəti xalqımıza və Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə "Qarabağ bizimdir, bizim olacaq!" aksiyası keçirib.
Bu barədə Trend-ə Bakı Modern Təhsil Kompleksinin Baş Direktoru Mina Əliyeva məlumat verib.
Aksiyada Azərbaycan Bayrağı yüksəlmiş, dövlət himni ifa olunmuş və vətənpərvər ruhda şüarlar səslənmişdir.
Kompleksin hərbi rəhbəri tərəfindən cəbhədəki vəziyyət, Milli Ordumuzun qələbələri haqqında məlumat verilmişdir.
"Ümid edirik ki, ön cəbhədə düşmənlə üz-üzə mübarizə aparan hərbçilərimiz üçün uşaqların bu dəstəyi böyük dayaq olacaqdır. Azərbaycan əsgəri, biz Sizinləyik!” – deyə təhsil müəssisəsinin rəhbəri vurğulayıb.
Ordumuza dəstəyini nümayiş etdirən şagirdlər böyük, möhtəşəm bayrağımızı dalğalandırıblar.

banner

Oxşar Xəbərlər