AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb

Cəmiyyət
02 Dekabr 2020, 16:14 212

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı COVID-19 virusuna yoluxmuş Sabirabad rayon sakinləri - 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlu, 1986-cı il təvəllüdlü Haqverdiyev Elçin Mirnəsib oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Xəyal Murad oğlu  yaşadıqları ünvanları özbaşına tərk etdikləri müəyyən edilib. Onlar yaşadıqları evlərə qaytarılıb. Toplanan materiallar əsasında hər 3 şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.