Sabiq basketbolçunu güllələdilər
MBA-nın sabiq
basketbolçusu Andre Emmet güllələnib.
Kaspi.az xəbər
verir ki, basketbolçunu Dallasdakı evində güllələyiblər. İki naməlum şəxs onun
evinə daxil olub. Basketbolçu qaçmaq istəsə də buna nail ola bilməyib.
Təcili yardım
maşını hadisə yerinə gələndə Andre sağ olub. Xəstəxanaya aparılsa da, onun həyatını
xilas etmək mümkün olmayıb.
Basketbolçunun
qonşuları bildiriblər ki, qətli törədən şəxslər ağ rəngli "Chrysler 300”
avtomobili ilə hadisə yerini tərk ediblər.
Andre MBA-da
"Nyu-Cersi” və "Mefis” klublarında çıxış edib.