Ronaldo nə deyirmiş, hakim də onu edirmiş
Ukrayna
yığmasının yarımmüdafiəçisi Taras Stepanenko Portuqaliya ilə oyundan sonra
fikirlərini bildirib.
Kaspi.az xəbər
verir ki, Stepanenko qarşılaşmanın baş hakimindən narazılıq edib. O, hakimin
Ronaldonun göstərişləri əsasında hərəkət etdiyini bildirib:
"Bu gün öz
işimizi gördük. Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Ancaq
hakimin idarəçiliyindən razı qalmadım.
Bu, o hakimdir
ki, "Ayntraxt”la oyunda məni 10-cu dəqiqədə meydandan qovmuşdu. Bu, rastlaşdığım
ən qorxaq hakimdir.
Penalti epizodu?
Hakim oyunu davam etdirirdi. Ancaq Ronaldo qaçaraq ona nəsəs dedi və bundan
sonra penalti nöqtəsini göstərdi. Ronaldo nə deyirdisə, hakim də onu yerinə
yetirirdi”.
Ukrayna
Portuqaliyaya qalib gəlib – 2:1.