• cümə, 26 Aprel, 23:20
  • Baku Bakı 22°C

Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik

16.12.18 16:00 520
Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik
Bu gün oyunumuz alınmadı və uduzduq. Öz oyunumuzu qurmağa çalışırdıq, amma rəqib bizi əks-hücumlarda tutdu. Təəssüf ki, penalti də əks-hücum zamanı oldu. İkinci qoldan sonra vəziyyət daha da çətinləşdi.
AZƏRTACxəbər verir ki, bu sözləri "Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun dörddəbir final mərhələsində "Sumqayıt”la oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
İtalyan mütəxəssis bildirib: "Bu gün kubok uğrunda mübarizə aparırdıq. Çempionat isə fərqli yarışdır. İndidən çempionluq barədə düşünmək ağılsızlıq olardı. Çünki qarşıda gərgin oyunlar var”.
Baş məşqçi, həmçinin yarımfinala yüksəlmək şanslarının davam etdiyini, növbəti mərhələyə yüksəlmək üçün səfər qarşılaşmasında bütün güclərini səfərbər edib sərfəli nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb.

banner

Oxşar Xəbərlər