Risk etməyə dəyərmi? - Polemika

Bəzən etdiyimiz
cəsarətli risklər həyatımızı tamamilə dəyişə bilir. Ümumiyyətlə, həyatda böyük uğur
və nailiyyətlər əldə edən bir çox şəxslər deyirlər ki, insan risk etməsə, uğur
qazana bilməz. Çünki bacarıq insanı öz çərçivəsində saxlayır, risk isə ondan
daha böyük yerlərə gətirib çıxara bilər. Bundan fərqli olaraq, digər bir qrup
insan isə öz həyatında risk anlayışına yer vermir. Onlar bütün işlərini
ölçüb-biçib, planlı şəkildə həyata keçirməyin tərəfdarıdırlar. Bu qrup insanlar
isə deyir ki, insan həyatı riskə atılmayacaq qədər dəyərlidir. Nə etməli
olduğumuzu, nəyi istədiyimizi yaxşıca ölçüb-biçməyi bacarmalıyıq. Bəzən quru
cahil cəsarəti istənilməyən nəticələrə gətirib çıxara bilir. Bəs gənclərimiz
necə fikirləşir? Həyatda böyük risklər etməyə dəyərmi? Kiməsə, yaxud nəyəsə görə
riskə getmək düzgündürmü?
Ülkər deyir ki, risk insan həyatında böyük rol oynayır: "Hesab edirəm ki, risk etmək çox vacibdir. Amma bunu hər adam da bacara bilmir. Çünki səni qarşıda hansı sürprizlərin gözlədiyini heç vaxt bilə bilməzsən. Bunun üçün insanın bir az cəsarətə, bir az da şansa ehtiyacı var deyə düşünürəm. Təbii ki, hər şeyi riskə atmağın tərəfdarı deyiləm. Hansı ki, riskə aldığın şeyin nəticələrini əvvləcədən bilirsənsə, boş-boşuna edilən riskin insana heç bir faydası ola bilməz. Bu, bir qədər ağılsızlıq olar. Amma yeri gəldikdə insan cəsarətli olmağı da bacarmalıdır. Risk bəzən nəyisə itirməklə də nəticələnə bilər. Amma fikrimcə, nəyisə qazanmaq üçün bəzən itirmək lazımdır. Bu sənə bir dəfə baha başa gəlsə belə, ən azından təcrübə qazanmış olursan. Növbəti dəfə eyni səhvləri etməmək üçün insan bəzən risk etməyi bacarmalıdır”.
Tofiq Ərəbov, xanəndə
Tofiq isə Ülkərin əksinə olaraq, fikirləşir ki, risk etmək düzgün deyil: "Risk etmək heç də hər zaman yaxşı nəticələnməyə bilər. Yaxud da nəticə bir dəfə yaxşı olsa belə, ikinci dəfə insan çox çətin bir vəziyyətə düşə bilər. Həyat qumar deyil ki, risk edəsən. Hesab edirəm ki, ağılla hərəkət etmək risk etməkdən daha önəmlidir. Ümumiyyətlə, ağılla görülən heç bir işdə riskə ehtiyac olmur. Əgər risk varsa, deməli, təhlükə də böyükdür. Bəzən bir çoxları riskə gedib bütöv həyatlarını məhv ediblər. Demək olar ki, çoxumuzun ətrafında belələrinin sayı kifayət qədərdir. Bunun sonradan da heç bir geridönüşü olmur. Halbuki ağıllı və düşünülmüş şəkildə atılan hər bir addımın mənfi nəticələrinin sonradan bərpası mümkündür”.
Ayşən Altay, tələbə
Ayşən də Ülkərlə həmfikirdir. O da deyir ki, risk etmək hər zaman lazımdır: "İnsan həmişə olduğu yerdən daha üstün yerdə olmağa can atır. Bəzən deyirlər ki, çox istəyən azdan da olar. Amma mən bu fikirlə qətiyyən razı deyiləm. Yaşayırıqsa, nəyisə əldə edə biləriksə, niyə əlimizdəki ilə kifayətlənməliyik? Hər kəsin həyatda öz mövqeyi, durduğu bir nöqtə var. Amma nə bilirik ki, layiq olduğumuz nöqtədəyikmi? Lakin istəklərimizin qarşısında çox vaxt maneə olur. Ən böyük maneəmiz isə içimizdəki qorxudur. Risk etməkdən, irəli getməkdən çox zaman qorxuruq. Bəzən isə risk etsək əlimizdəkiləri də itirərik deyə addım atmırıq. Bununla da oturduğumuz yerdə sayırıq”.
Ayşən deyir ki, risk edən insan hər şeyi bacarar: "Özünə qalib gəlməyi bacaran insan bütün dünyaya qalib gələr. Həyat mübarizədirsə, deməli, risk etməyə də dəyər. Fərqi yoxdur, uğur qazanacağıq, ya yox. Əsas olan cəsarətli, inamlı olmaqdır. Cəsarətli, inamlı olub ilk addımı atsaq, qarşımıza daha gözəl yollar çıxa bilər. Xəyallarımızın arxasınca getməyi bacarmalıyıq. Məğlubiyyətdən qorxmayaraq riskləri gözə almağı da bacarmaq hər adamın işi deyil. Əgər istəyimiz və inamımız möhkəm olsa, qalan şeyləri həll edə bilərik. Unutmaq lazım deyil ki, bizim risk etməkdən qorxub çəkindiyimiz uğurları başqaları qazana bilər. Ümumiyyətlə, çətin əldə olan hər şeyin dəyəri daha çox olur. Əsas olan addım atacağımız yolda bütün yolu görmək deyil. Əsas olan ilk addımı atacaq qədər cəsarətli olmağımızdır”.
Şəbnəm Mehdizadə
Risk etməyi sevirəm
Ülkər Yarıyeva, jurnalistÜlkər deyir ki, risk insan həyatında böyük rol oynayır: "Hesab edirəm ki, risk etmək çox vacibdir. Amma bunu hər adam da bacara bilmir. Çünki səni qarşıda hansı sürprizlərin gözlədiyini heç vaxt bilə bilməzsən. Bunun üçün insanın bir az cəsarətə, bir az da şansa ehtiyacı var deyə düşünürəm. Təbii ki, hər şeyi riskə atmağın tərəfdarı deyiləm. Hansı ki, riskə aldığın şeyin nəticələrini əvvləcədən bilirsənsə, boş-boşuna edilən riskin insana heç bir faydası ola bilməz. Bu, bir qədər ağılsızlıq olar. Amma yeri gəldikdə insan cəsarətli olmağı da bacarmalıdır. Risk bəzən nəyisə itirməklə də nəticələnə bilər. Amma fikrimcə, nəyisə qazanmaq üçün bəzən itirmək lazımdır. Bu sənə bir dəfə baha başa gəlsə belə, ən azından təcrübə qazanmış olursan. Növbəti dəfə eyni səhvləri etməmək üçün insan bəzən risk etməyi bacarmalıdır”.
Həmsöhbətimiz
risklə bağlı başına gələn maraqlı əhvalatı da bizimlə bölüşdü: "Ümumiyyətlə, həyatın
qarşıma çıxardığı sürprizləri sevirəm. Ona görə də çalışıram ki, bəzi şeyləri
öz axarına buraxım. Bir çox hallarda da demək olar bizim planladığımız deyil, əksinə, daha
maraqlı hadisələrin şahidi oluruq. Necə deyərlər, həyat biz planlar qurarkən
başımıza gələnlərdir. Həyatımda bir neçə dəfə risk etmişəm. Nəticəsi isə məni
tamamilə qane edib. Bunlardan ən maraqlı olan isə universitetin yekun dövlət
imtahanında olub. Belə ki, imtahan suallarından cəmi birini öyrənib imtahana
getdim. Əslində imtahanımı sonrakı vaxta da saxlaya bilərdim. Sadəcə, riskə
getdim və bileti çəkdim. Sualların beşi də təxminən mənim oxuduğum bir sual ilə
birbaşa bağlı idi. Nəticədə imtahandan uğurlu qiymət aldım. Məncə, hər zaman
risk etməyə dəyər”.
Risk insanı çətin vəziyyətə sala bilərTofiq Ərəbov, xanəndə
Tofiq isə Ülkərin əksinə olaraq, fikirləşir ki, risk etmək düzgün deyil: "Risk etmək heç də hər zaman yaxşı nəticələnməyə bilər. Yaxud da nəticə bir dəfə yaxşı olsa belə, ikinci dəfə insan çox çətin bir vəziyyətə düşə bilər. Həyat qumar deyil ki, risk edəsən. Hesab edirəm ki, ağılla hərəkət etmək risk etməkdən daha önəmlidir. Ümumiyyətlə, ağılla görülən heç bir işdə riskə ehtiyac olmur. Əgər risk varsa, deməli, təhlükə də böyükdür. Bəzən bir çoxları riskə gedib bütöv həyatlarını məhv ediblər. Demək olar ki, çoxumuzun ətrafında belələrinin sayı kifayət qədərdir. Bunun sonradan da heç bir geridönüşü olmur. Halbuki ağıllı və düşünülmüş şəkildə atılan hər bir addımın mənfi nəticələrinin sonradan bərpası mümkündür”.
Həmsöhbətimiz
deyir ki, riskə getmək nə qədər yanlışdrsa, nəyə və nə üçün riskə getdiyini
bilməmək, ümumiyyətlə, faciədir: "Mən risk etməyin əleyhinəyəm. Amma burada bəzi
məqamlar var ki, onları da mütləq nəzərə almaq lazımdır. Məsələn, ən azından
riskin böyüklüyü və ən pis halda insana vuracağı ziyan hesablanmalıdır. Bundan başqa, nəyə və kimə görə risk etdiyini
də bilməlisən. Çünki ilk növbədə həqiqətən də bu riskə dəyərmi deyə mütləq
fikirləşməlisən. Yoxsa elə adamlar var ki, deyir qoy risk edim. Nəticəsi nə
olar, olar. Bu, artıq risk demək deyil. Göz görə-görə səhv etməkdir. Bayaq da
qeyd etdiyim kimi, həyat qumar oyunu deyil. Əlbəttə, səhv etmək olar. Ağıllı
adam nəyi səhv etdiyini bilən adamdır. Müdrik insan çalışıb düşdüyü situasiyadan
çıxmağı bacarır. Bundan sonra o adam çalışır ki, bir də eyni səhvi təkrar etməsin.
Amma nə qədər desən risk etmək olar. Çünki nəticəni əvvəlcədən bilmirsən”.
Həyat mübarizədirsə, risk etməyə dəyərAyşən Altay, tələbə