• şənbə, 27 Aprel, 00:51
  • Baku Bakı 14°C

Rio-2016: Azərbaycan cüdoçuları bir qızıl, bir bürünc medal qazanıblar - Fotolar

10.09.16 09:38 1398
Rio-2016: Azərbaycan cüdoçuları bir qızıl, bir bürünc medal qazanıblar - Fotolar
Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.Apasport.az saytının məlumatına görə, cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.
Cüdoçularımız Bayram Mustafayevin gümüş, Ramil Qasımovun qızıl medal qazanmasının ardınca cüdoçumuz Rövşən Səfərov (81 kq) yığmamızın hesabına daha bir medal qazandırıb. O,turniri bürünc medalla başa vurub.Təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın "bürünc” yolunu açıb.Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medalla qayıtmağı bacarıb.


banner

Oxşar Xəbərlər