“Real”da ən baha kimin forması satıldı?
"Real” rəhbərliyi
futbolçularının formasının satışını təşkil edib.
Kaspi.az xəbər
verir ki, auksiona futbolçuların "Eybar”la oyunda geyindikləri formalar
çıxarılıb. Ən baha Luka Modriçin forması
satılıb. Xorvatın formasına 7 min avro ödəyiblər.
Eden Hazarın
forması 3,2, Serxio Ramosun Ramosun futbolkası isə 3,1 min avroya satılıb.
Qaret Beylin formasına isə tələbat aşağı olub . Ona görə də, uelslinin
formasına cəmisi 1,5 min avro veriblər.
Auksionda
toplanan vəsait "Real”ın sosial idman layihələrinə yönəldiləcək. Növbəti hərracda
"Real"ın futbolçularının "Valensiya" ilə oyunda (3: 0) geyindiyi
futbolkalar satılacaq.