“Real” rəhbərliyi qərar verdi, Beyl qalır, yoxsa...

"Real” rəhbərliyi Qaret Beyllə bağlı yekun qərarı verib.
Kaspi.az xəbər verir ki, "kral klubu” uelsli futbolçunu mövsümün
sonunda transferə çıxaracaq. "Marca”nın iddiasına görə, yekun qərar rəhbərliklə
məşqçilər korpusunun birgə müzakirəsindən sonra qəbul edilib.
Qərar qəbul edilərkən bir neçə səbəb əsas götürülüb. Ən əsas səbəb
isə Beylin zədəyə meyilli olmasıdır. Uelsli "Real”da oynadığı müddətdə 25 dəfə
zədələnib və buna görə 78 oyun buraxmalı olub.
Onu da qeyd edək ki, Beylin "Real”la qüvvədə olan müqaviləsi 2022-ci
ilin yayına qədər nəzərdə tutulub.
