• şənbə, 20 Aprel, 11:11
  • Baku Bakı 14°C

Radik İsmayılov ARB TV-yə direktor təyin olundu - Fotolar

06.04.20 21:57 4998
Radik İsmayılov ARB TV-yə direktor təyin olundu - Fotolar
ARB TV-yə yeni direktor təyin olunub. Kaspi.az-ın əldə etdiyi məlumata görə, ARB-ninyeni rəhbəri Radik İsmayılovdur.
Qeyd edək ki,Radik İsmayılov9 oktyabr1979-cu ildəErmənistan SSRBasarkeçər rayonununNərimanlıkəndində anadan olub.1996-cı ildəSuraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin ilBakı Dövlət Universitetinin Jurnalistika fakültəsinədaxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.2004-2007-ci illərdəAzərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutununəyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb."Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.
BDU-da bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider TeleviziyasıXəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib. 2018-ci il sentyabrın 26-na qədər "ARB 24”də baş redaktor, həmin tarixdən etibarən isə icraçı direktor vəzifəsində çalışıb.
Alpər TURAN





banner

Oxşar Xəbərlər