AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qubada ağır qəza

Qubada ağır qəza

Cəmiyyət
29 May 2020, 10:14 227
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Quba rayonunun Ördüc kəndi ərazisində "UAZ" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
 
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.