Qıza Məhəmməd, oğlana Zəhra adı?

Ona qoyulmuş adın mənasını öyrənən və dərk edən uşaq artıq özü üçün bir rol-model formalaşdırır
Traktor, Kombayn, Yanvar, Pətiş, Peysər, Setka, Petka, Potuş... Bu kimi əcaib adların uşaqlara verilməməsi uğrunda mübarizə illərdir ki, davam edir. Nəticədə son vaxtlar uşaqlara belə adların verilməsi hallarına demək olar ki, rast gəlmirik. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bir müddət öncə mətbuata açıqlamasında son 5 ildə Azərbaycanda valideynlərin övladlarına gülüş doğuran adlar qoyması faktlarının azaldığını bildirmişdi.
Amma adlarla bağlı açıqlanan yeni statistikada gülüş və təəssüf doğuran başqa bir məqam qeydə alındı. Belə ki, son 5 ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan, oğlana isə qız adı qoyulub. Ədliyyə Nazirliyinə istinadən yayılan məlumatda qeyd olunur ki, son 5 ildə Azərbaycanda 4201 oğlana və 8 qıza Həsən adı verilib. İki qız uşağına isə Həsənağa adı qoyulub. Eləcə də son 5 ildə 760 qıza, 7 oğlana Aygün, 172 oğlana, 4 qıza Səxavət, 288 oğlana və 3 qıza Ədalət, 2802 oğlana və 25 qıza Nurlan, 454 oğlana və 4 qıza Rövşən, 13 902 oğlana, 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib.
Son 5 ildə heç kim öz övladına Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını verməyib.
Bu statistika sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Bu cür ad qoyanları qınayanlar da oldu, statistikanın səhv olduğunu deyənlər də. Bəs əslində vəziyyət necədir? Həqiqətən də bu cür adları övladlarına verən valideynlər varmı? Çünki statistika heç də real kimi görünmür. Amma o da danılmaz faktdır ki, övladlarına maraqlı, qeyri-adi adlar verməyə çalışanlar olur. Bəzi valideynlər övladlarının adlarının sıradan olmamasına, digərlərindən seçilməsinə meyilli olurlar.
Oğlana Zəhra adı qoyula bilməz
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova qəzetimizə açıqlamasında bildirdi ki, uşaqlara verilən adlar nəzarət altındadır. Ona görə də oğlana qız, qıza oğlan adının verilməsi heç cür real ola bilməz: “2009-cu ildən indiyə qədər uşaqlara verilən adların siyahısı bizim əlimizdədir. Bizim komissiyada belə bir məlumat yoxdur. Kiminsə oğluna Zəhra adı verməsi məsələsi inanılacaq bir şey deyil. Adların qoyulması ilə bağlı siyahı nəzarət altındadır. Ona görə də bu cür adlar qoyula bilməz, mümkün deyil”.
S.Sadıqova onu da bildirdi ki, saytlar bu cür məlumatları yazarkən diqqətli olmalıdırlar. O qeyd etdi ki, Ədliyyə Nazirliyi ilə əlaqə yaradıb məsələni araşdırmağa çalışır.
Uşaqlara ad qoymağın psixoloji tərəfləri haqda danışan psixoloq Orxan Oruc qəzetimizə açıqlamasında bildirdi ki, uşaqlara verilən adları onların həyatına, gələcək taleyinə, uğur və ya uğursuzluqlarına təsir edən ilk və ən vacib təsir vasitəsi hesab etmək olar. Çünki uşağa müraciət forması onun xarakterinə və mənəvi inkişafına ciddi təsir edir. Psixoloq deyir ki, bəzi hallarda valideynlər ad verərkən uşağın bir gün böyüyüb cəmiyyətdə öz sözünü demək haqqı olan şəxsiyyətə çevriləcəyini unudurlar.Bu isə gələcəkdə kompleksləri olan, özünəinam hissi zəif olan şəxslərin formalaşmasına gətirib çıxarır.
Adlar uşağın xarakterinə təsir edir
O.Oruc bildirdi ki, istənilən halda adların mənaları, hansı tarixi şəxsiyyətə aid olması və s. uşağın xarakterinə təsir edir. Belə ki, ona qoyulmuş adın mənasını öyrənən və dərk edən uşaq artıq özü üçün bir rol-model formalaşdırmağa başlayır: “Məsələn, Tufan, Daşqın, Fəlakət, Aslan kimi adlar sözsüz ki, o adı daşıyan şəxslərin bir qədər aqressiv xarakterli olmasına zəmin yaradır. Və ya Bəsti, Yetər, Kifayət kimi adları daşıyan şəxslər həmin adların onlara verilmə səbəbini dərk etdiyi andan etibarən özünəinam hissi zəifləyə, özünü lazımsız bir insan kimi hiss etməyə başlaya bilər. Sözsüz ki, bəzən bu kimi adlar nənə, babanın adlarını əbədiləşdirmək məqsədi daşıdıqda artıq bu ehtimal bir qədər zəifləyir. Amma bu o demək deyil ki, intellektual səviyyənin aşağı olduğu bir dövrdə nənə-babaya verilmiş məna yükü az olan və ya heç də xoş səslənməyən adlar mütləq nəvələrə qoyulmalıdır”.
Psixoloqun sözlərinə görə, bəzən uşaqlara rəsmi qeydiyyatda başqa ad verilsə də, gündəlik həyatda, ailədəbaşqa bir adla müraciət edilir. Bu isə gələcəkdə həmin uşaqlardazidd xarakterik xüsusiyyətlərin formalaşmasına təsir edə bilər.
Əks cins nümayəndəsinin adının uşağa qoyulmasının mənfi tərəfləri
O.Oruc deyir ki, son günlər müzakirə mövzusuna çevrilmiş oğlan və ya qız adlarının əks cinsdən olan uşaqlara verilməsi də həmin uşaqların gələcəkdə yaşayacaqları psixoloji problemlərin başlanğıcı sayıla bilər. Belə ki, oğlan adının qıza, qız adının oğlana verilməsi həmin uşaqların öz cinsi mənsubiyyətini dərk etməsinə mənfi təsir göstərə bilər. Bu isə həmin şəxslərin özünə qapanmasına, özünəinam hissinin zəifləməsinə, xarakterdə müəyyən aqressiv xüsusiyyətlərin yaranmasına, cəmiyyətə qarşı qisas hissinin formalaşmasına səbəb ola bilər ki, bunun nəticəsində də həmin şəxslərin cəmiyyətə yararlılıq ehtimalı azalır.
Psixoloq onu da bildirdi ki, bəzən valideynlərin uşaq doğulmadan, onun cinsiyyəti bəlli olmadan ad seçərək daha sonra bu adı uşağa qoymayacağı təqdirdə onun taleyinə mənfi təsir göstərəcəyi və ya yuxuda gördüyü adın mütləq şəkildə öz övladına verilməsi ilə bağlı yalnış inanclar valideynlərin bu kimi addımlar atmasına səbəb olur. Ancaq istənilən halda gələcək cəmiyyətimizin üzvlərinə ad vermək hüququ qazanmış valideynlər uşaqlarına verilən adların xarakterə təsirsiz ötüşmədiyini nəzərə almalıdırlar.
“Uğurlu ad seçimimə görə məni təbrik etdilər”
Övladına maraqlı ad qoyanlardan biri də həmkarımız Kamil Həmidovdur. O öz övladına Həmzənihat adını verib. Jurnalist qəzetimizə açıqlamasında oğluna bu adı verməsinin səbəbindən danışdı. Bildirdi ki, Həmzə atasının adı, Nihat isə sevdiyi addır. Atasının ruhunu şad edib adını yaşatmaq və sevdiyi adı övladına vermək üçün iki adı birləşdirib: “Oğlumun adının bu cür qoyulması bir çoxları tərəfindən maraqla qarşılandı. Hətta ilk dəfə mən bunu sosial şəbəkədə yazanda çoxları tərəfindən gözlənilməz olduğu bildirildi. Bir çox tanınmış insanlar uğurlu ad seçimimə görə məni təbrik etdilər. Təbii ki, hər bir valideyn üçün övladının adı çox böyük önəm kəsb edir. Övladlarım dünyaya gəlməmişdən öncə oğlum olarsa Nihat, qızım olarsa Nihal adı qoyacağımı fikirləşirdim. Əvvəlcə qızlarım, sonra oğlum oldu. Atamın adını yaşatmaq üçün onun adını sevdiyim adla birləşdirdim”.
K.Həmidov deyir ki, övlada düzgün ad seçimi çox vacib şərtdir. Ad millətin kimliyini müəyyənləşdirən məqamlardandır: “Bəzən bu məsələyə çox adi yanaşırıq. Amma adlar çox böyük önəm kəsb edir. Tanınmış jurnalist həmkarlarımızdan biri Feysbukda müzakirə təşkil etdi ki, ərəb-fars yönümlü adlardan əl çəkib, daha çox öz etnosumuza, türk kimliyimizə uyğun adlar seçək. Mən də bu fikirdəyəm ki, milli kimliyimizə, etnosumuza uyğun adlardan istifadə etsək, daha yaxşı olar. Qızlara oğlan, oğlanlara qız adının qoyulması ilə bağlı statistika həqiqətən şok oldu. İnanmaq olmur. Dinə uyğun ad qoymaq olar. Amma uyğun və zamanında qoymaq lazımdır. Əgər Məhəmməd adını sevirlərsə, oğlanlarına qoysunlar. VVAQ şöbələri və yerli icra nümayəndəlikləri ad seçimində insanlara kömək etməli, seçimlərlə bağlı məlumat verməlidirlər”.
Aygün Asimqızı