• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

QHT-lər ilk dəfə parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib

06.03.21 19:45 750
QHT-lər ilk dəfə parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsi komitəyə daxil olub və martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.
Bu barədəAPA-ya açıqlamasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, 2020-ci ildə Ombudsman Aparatı tərəfindən görülən işlər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də digər məsələlər məruzədə əksini tapıb: "Müzakirələrdə insan haqları sahəsində ixtisaslaşan QHT-lərin təmsilçiləri də iştirak edəcəklər”.

Qeyd edək ki, parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə QHT təmsilçiləri ilk dəfədir dəvət edilir.
banner

Oxşar Xəbərlər