• cümə, 26 Aprel, 13:22
  • Baku Bakı 23°C

Qəbirqazan olmaq istəmir

20.04.20 14:45 616
Qəbirqazan olmaq istəmir
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A seriyasının nə vaxt bərpa oluna biləcəyi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, prezident pauzanın çox çəkməsindən narahat olduğunu deyib. O, iyunda çempionatın bərpa olunacağına inandığını vurğulayıb:
"Mən İtaliya futbolunun qəbirqazanı olmaq istəmirəm. Mənim borcum futbolu müdafiə etmək, qorumaqdır.
Biz A seriyasının dayanmasına görə narahat deyilik, sadəcə, fasilənin uzun çəkməsinə görə narahatıq.
Mən iyun deyirəm. Ümid edirəm ki, iyunda çempionat bərpa ediləcək və İtaliya yenidən futboldan zövq alacaq”.
banner

Oxşar Xəbərlər