• cümə, 29 Mart, 19:20
  • Baku Bakı 14°C

Qarabağın hava qapısının açılmasının siyasi, iqtisadi və tarixi əhəmiyyəti var

08.09.21 09:15 283
Qarabağın hava qapısının açılmasının siyasi, iqtisadi və tarixi əhəmiyyəti var
Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləyir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk gündən Füzuli hava limanını Qarabağın hava qapısı adlandırıb. Bu qapının açılmasının həm siyasi, həm iqtisadi, həm də təbii ki, böyük tarixi əhəmiyyəti vardır.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, bu hadisənin tarixi və siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan azad olunmuş ərazilərə qayıtdığı kimi, Qarabağın hava məkanında da artıq sərbəst və təhlükəsiz şəkildə uçuşlar etməkdədir.
"Bu gün biz həm də Qarabağda hava məkanının təhlükəsizliyini təmin etmək gücündəyik. Hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Nəzərə alsaq ki, Füzuli hava limanı beynəlxalq statuslu hava limanıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Aeroportun uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun olaraq müvafiq avadanlıqlarla təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək”, - deyən K.Nurullayeva Kəlbəcər-Laçın bölgəsində də unikal hava limanının inşa olunduğunu diqqətə çatdırıb: "Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirmiş olur. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Nəticə etibarı ilə Qarabağ səmərəli nəqliyyat qovşağına çevriləcək”.
Deputat vurğulayıb ki, ümumiyyətlə, azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra azad edilən ərazilərə qayıdaraq, öz dədə-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar.
banner

Oxşar Xəbərlər