• cümə, 26 Aprel, 13:14
  • Baku Bakı 23°C

"Qarabağ" - "Kayrat" oyununun biletləri satışa çıxarılıb

17.10.21 11:50 241
"Qarabağ" - "Kayrat" oyununun biletləri satışa çıxarılıb
"Qarabağ"ın UEFAKonfrans Liqasının qrup mərhələsininIII turunda Qazaxıstan "Kayrat”ı ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
"Report" xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;
Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.
banner

Oxşar Xəbərlər