AZE | RUS | ENG |

"Qafqaz Neoliti" sənədli filmi nümayiş etdiriləcək

Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filmi efirdə yayımlanacaq.
Trend-in məlumatına görə, Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin ictimaiyyətləşməsinə həsr olunan filmdə əsasən bölgənin Neolit dövrünün erkən kəndlərini əks etdirən qədim yaşayış yerləri ilə bağlı materiallar yer alıb.
Ekran əsərində Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri və bu abidənin fonunda digər öyrənilmiş qədim yaşayış yerlərinin tarixi əhəmiyyətindən bəhs edilir. Filmdə, həmçinin ölkəmizdə uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların abidələrimizlə bağlı fikirləri və Göytəpə arxeoloji kompleksinin Qafqazın sivilizasiya tarixində oynadığı rolun detalları öz əksini tapıb.
Filmin prodüseri "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir.

Film sentyabr 21-də AzTV kanalında nümayiş etdiriləcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287