• bazar, 14 Iyun, 04:41
  • Baku Bakı 25°C

Qadınla kişi dost ola bilərmi?

19.11.15 12:15 2877
Qadınla kişi dost ola bilərmi?
Mütəxəssislər bunu tam mümkün sayır, bir şərtlə ki...
Kişi və qadın dostluğu cəmiyyətdə heç də hər zaman birmənalı qarşılanmır. Bir çoxları hətta iddia edirlər ki, əks cinsin nümayəndələri arasında dostluq münasibətləri ola bilməz. Çünki iki tərəfdənbiridigərinə qarşı dostluqdan daha artıq hisslər bəsləyə, bu isə çox tez bir zamanda sevgiyə çevrilə bilər. Lakin bu fikrin qəti əleyhinə olan insanlar da var.Belə ki, onların fikrincə, bu, insanların fərdi xüsusiyyətləri ilə bağlı bir məsələdir. Qadın və kişi arasında olan dostluğu onlardaha sağlam və etibarlı təməl üzərində qurulmuş hesab edirvəgüvən hissinin burada daha artıq olduğunu vurğulayırlar.
Ölkəmizdə təhsil alan Qazaxıstanlı bir xanımın bu günlərdə “Kaspi”yəverdiyi müsahibədə bildirdiyinə görə, Azərbaycandabelə bir fikir formalaşıb ki, bir qadınəks cinsin nümayəndəsi ilə yaxın dostluq edirsə, deməli, həmin insandan xoşu gəlir. Bu,həm qarşı tərəfdə, həm də ətrafdakı insanlarda eyni assosiasiyanın yaranmasına səbəb olur. Bəs bizdə bu məsələyə necə yanaşırlar? Kişi və qadın arasındadostluğun realolub-olmaması iləbağlı biz də araşdırma apardıq.
“İkitərəfli münasibətlərdə müəyyən olunmuş baryer olmalıdır”

Psixoloq Vəfa Rəşidovanın fikrincə, əks cinslər arasında dostluq münasibətiola bilər. Lakin bir şərtlə ki, onlar öz münasibətlərini tənzimləməyi bacarsınlar.Həmsöhbətimiz qeyd etdi ki, insanlarda bu fikrin formalaşmasına əsas səbəbdostluq pərdəsi ilə əsl niyyətini və məramınıgizlədən insanlar olub: “Düşünürəm ki, konkret olaraq hansısa ölkəni, yaxud da milləti bu məsələdə ittiham etmək o qədər də düzgün fikir deyil. Müxtəlif yerlərdə yaşamalarına baxmayaraq, əksər insanlarda psixologiya təxminən eynidir. Əlbəttə, bir sıra fərqli cəhətlərə rast gələ bilərik. Məsələn, Azərbaycan etnopsixologiyasının Avropa psixologiyasından bir sıra fərqli xüsusiyyətləri var.Buna isə bir neçə amil səbəb ola bilər. Məsələn,mentalitet dəyərlərindən tutmuş həyat tərzinə qədər bir çox fərqli məqamlar var ki, insanların yaşamına, düşüncə tərzinə ciddi təsir edir.Lakininsan psixologiyasındaümumi bir məqam var ki, buradakonkret olaraq ölkə, yaxud daregional baxımdanayrı- seçkilik etmək, hesab edirəm ki, düzgün deyil”.
Belə bir fikir də var ki, əks cinsin nümayəndələri bir-birinə daha çox etibar edir və güvənir. Bir çoxları düşünür ki, məsələn, kişilərin saxlaya bilməyəcəyi sirr mövzusundaqadınlardaha sadiqdirlər. Bunun da özlüyündə müxtəlif səbəbləri var.Həmsöhbətimiz bildirdi ki,buna səbəbkişilərin, yaxud da qadınların öz dostlarından, rəfiqələrindən ən azı bir dəfə xəyanətə uğramalarıdır: “Hər bir insan həyatı boyunca bircə dəfə olsa belə, öz yaxın dostundan travma alır. Etibarı sarsılmış istənilən insandabelə bir assosiasiya formalaşır ki, əks cinsin nümayəndələri daha etibarlıdır. Əslində hər şey insanın özündən və seçdiyi dostlardan asılıdır. Yalnız kişilərin, yaxud da yalnız qadınların etibarlı olacağı deyə bir şey yoxdur. Qeyd edim ki, belə mənfi hallarbəzi insanlarda bəzən hətta depressiyaya səbəb ola bilir. Odur ki, insan öz dostlarını seçərkən diqqətli olmalıdır”.
V.Rəşidovanın fikrinə görə, istənilən münasibətlərdə, o cümlədən kişi və qadın dostluğunda müəyyən məhdudiyyət saxlanılmalıdır: “Burada çox önəmlifaktor iradədir. Eyni zamanda, ikitərəfli münasibətlərdə müəyyən olunmuş baryer olmalıdır. Əgər bu baryeri hər iki tərəf qoruyarsa, dostluq münasibətləri axıra qədər sağlam şəkildə davam edər. Qeyd etmək istərdim ki, burada ən çox məsuliyyət xanımların üzərinə düşür. Fikir, məqsəd və dürüstlük qorunub saxlanmalıdır. Hər şeydən əvvəl hər iki tərəf özlüyündə bəzi şeyləri müəyyən etməlidir ki, biz konkret olaraq dost, yaxud sevgili münasibətindəyik. Belə olmazsa, sonradan fikir ayrılığı yarana bilər. Əgər kişi ilə qadın hətta iş münasibətləri çərçivəsində olsa beləmütəmadi olaraq görüşürlərsə, hər iki tərəf öz şəxsi münasibətdə olduğu insana, həyat yoldaşınabunu əvvəlcədən bildirməlidir.Əks haldayanlış anlaşılma yersiz qısqanclığa səbəb ola bilər. Qısqanclıq isə sonradan həm şəxsi, həm də dostluq münasibətlərinə ciddi ziyan vura bilər”.
“Dostluğun təməli şəffaflıq üzərində qurulmalıdır”

Sosioloq Asif Barselliqəzetimizə açıqlamasında bildirdi ki, konkret olaraq ayrı-ayrı şəxslərin kişi və qadın dostluğu barəsindəyürütdüyü fikir sırf subyektiv xarakter daşıyır və düzgün hesab oluna bilməz.Sosioloqun fikrincə, bu kimi iddialar heç də hər zamangerçəkliyi əks etdirmir: “Azərbaycan reallığında bu fikri mütləqləşdirmək, düşünürəm ki, tamamilə yanlışdır.Qadın və kişi dostluğunun sonradan daha fərqli münasibətlərə yol açmasıtəbii ki, mümkündür. Bunu hansısa xalqın mentalitetinə və dəyərlərinə bağlamaq, nöqsan kimi vurğulamaq doğru deyil. Çünki əks cins arasındakıilk ünsiyyət qarşılıqlı dostluq münasibətləri ilə başlayır. Sonradan bu dostluğun fərqli fazaya keçməsi əslində tamamilə qanunauyğun bir haldır. Burada milliyyət və ölkə xüsusi bir əhəmiyyət daşımır. Dünyanın hər yerində bu proses eyni şəkildə baş verir. Dostluq böyük bir dəyərdir. Buradakı səmimiyyət bəzən ətrafdakılar tərəfindən yanlış anlaşıla bilər. Buna səbəb isə hər iki münasibətin əsasınıqarşılıqlı fədakarlıq hissinin təşkil etməsidir. Digər tərəfdən, biz Şərq mədəniyyətinindaşıyıcısı olan bir xalq kimi, dostluğa bəzən sevgi qədər,hətta şəxsi münasibətdənartıq dəyər vermişik.Bu da başqa mədəniyyətin nümayəndələrindəbaşqa fikirlərin yaranmasına gətirib çıxara bilir.Ona görə də Azərbaycanda uzun müddət olmayan birinin belə bir baxışını mən təbii hal kimi qəbul edirəm.Əks cinslər arasındakı münasibətin daha etibarlı və güvənli olması fikrini isə belə izah etmək olar ki, hər iki tərəf digərində özününkişi, yaxud da qadın idealını yaratmağa çalışır. Qadınların, yaxud da kişilərin dostluğunda bu faktor mövcud olmur. Belə olan təqdirdə əks cinslər arasında olan münasibətə əlavə çalar qatılır”.
Həmsöhbətimiz bildirdi ki, bu münasibətlərdəən önəmli mövzulardan biri də düzgünlük və şəffaflıqdır: “Qadın və kişi dostluğunun şəxsi münasibətlərə xələl gətirməməsi üçün bu dostluğun təməli şəffaflıq üzərində qurulmalıdır. Əgər çox kiçik olsa da şübhə toxumları, qaranlıq bir məqam olarsa, həmin yerdə inamsızlıq və etibarsızlıq şəxsi həyatı zədələyə bilər. Digər tərəfdən, qısqanclıq bioloji hissdir. Bu, anadangəlmə instinktdir. Sonradan formalaşan sosial duyğu deyil. Əgər fərdlərin hər hansısa birinin ailəsində qısqanclıq genini özündə daşıyan şəxs varsa, onun bu dostluq münasibətinə mənfi yanaşması tamamilə təbiidir. Bu baxımdan kişi və qadın dostluğu zamanımənfi hallar yaşanmasın deyə,mütləq bir formul müəyyənləşdirmək lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər