• cümə, 26 Aprel, 06:25
  • Baku Bakı 12°C

Qadın şahmatçılar arasında onlayn turnir keçiriləcək

10.07.20 11:30 792
Qadın şahmatçılar arasında onlayn turnir keçiriləcək
Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparacaq.
Azərbaycan Şahmat FederasiyasındanAZƏRTAC-a verilən məlumata görə, ölkəmizi turnirdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.
İyulun 21-də start götürəcək və 3 gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr ediləcək.
Ümumilikdə, 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığı ilə baş tutacaq.
banner

Oxşar Xəbərlər